Bazar ertəsi, Dekabr 28, 2015

Yeni İliniz mübarək!

OUR Host-un Yeni İl bayramları zamanı iş qrafiki

Dünya azərbaycanlıların həmrəylik günü və Yeni İl bayramınız mübarək!

Qarşıda uzun bayramlar gəlir və buna görə də Sizin diqqətinizə bir neçə məsələni gətirmək istəyirik:

Bölmələrin bayram günlərində iş qrafiki

Maliyyə şöbəsinə göndərilən faktura və sair bu kimi suallar yalnız bayramdan sonra cavablandırılacaq. Əgər məsələ gözləyə bilmirsə, zəhmət olmasa əlaqə bölməsi vasitəsilə bizə sorğu göndərin. Biz əminik ki, yaranmış problemin həlli istiqamətində yol tapılacaqdır. Müştərilərlə iş üzrə şöbə və dəstək xidmətinin iş qrafiki bayram günlərində dəyişilməz qalacaqdır: texniki məsələlər 24 saat həll olunmaqda davam ediləcək.

Ödənişi unutmayın!

Əmin olun ki, bayram günləri zamanı heç bir ödənilməmiş fakturanız qalmasın. Ödənişi əvvəlcədən edin. Müştəri panelinizdə ödənilməli fakturanın adı, qiyməti və ödənilməyənədək aktiv olacağı müddət qeyd edilib:

Ödənilməli faktura

Nəzərinizə çatdırmaq istəyirik ki, müştəri panelində hər bir funksional avtomatlaşdırılsa da, banklar bayram günlərində çalışmır və biz bank köçürməsi yolu ilə həyata keçirilən əməliyyatları yalnız 2016-cı il, yanvar ayının 7-dən sonra qəbul edə biləcəyik. 
Ancaq Siz plastik kartla ödənişi məhdudiyyətsiz formada istifadə edə bilərsiniz. Hostinq sifarişi və mövcud xidmətin uzadılması avtomatik şəkildə qəbul edilərək, aktivləşəcək.

Endirim kuponu!

Bayramlarla əlaqədar yeni ilin birinci ayı üçün bütün yeni sifarişlərə 25% endirim təqdim edirik! Sifariş etdikdə kupon xanasına sadəcə yeni2016 yazın və 25% endirim əldə edin!

Sizə bayram günlərində yaxşı istirahət etmək və 2016-cı ildə yeni nailiyyətlər əldə etməyinizi arzu edirik!
Dünya azərbaycanlıların həmrəylik günü və Yeni İl bayramı münasibətilə təbrik edirik!





<< Geri