Cümə, Yanvar 22, 2016

Təqdim edilən VDS-lər üçün qiymət artımı
Qiymətlər 25% qaldırıldı

Bu gündən etibarən yeni sifariş edilən virtual serverlərin qiymətləri qaldırılacaq. Serverlərin yeni qiymətləri artıq saytda yerləşdirilib və sifariş üçün hazırdır..

Niyə belə edirik?

VDS-hostinqin təşkili üçün biz Intel Xeon E5 prosessorları bazasındakı serverlərdən istifadə edirik. 2015-ci il fevral ayından 2015-ci il dekabr ayı dövrü ərzində manatın məzənnəsi üzündən avadanlıqların qiyməti və xidməti 3.5 dəfə artıb. Təəsüf ki, biz buna təsir edə bilmirik. Qiymətlərin hazırki mərhələdə saxlanılması, xidmətin inkişafının dayandırılması deməkdir. Bizim üçün irəli getmək vacibdir: yeni xidmətlər əlavə etmək, xidməti daha da mütəşəkkil və müasir etmək əsas prioritetlərdən biridir. Bununla bərabər biz xidmət səviyyəsinin yüksək mərhələdə saxlamaq, texniki xidməti daha keyfiyyətli və operativ təşkil etmək istəyirik. 2015-ci ilin fevral ayında Azərbaycan manatının I devalvasiyasından sonra biz milli valyutaya dəstək və müştərilərin cibinə qənaət etmək üçün tarifləri köhnə qiymətdə saxlamağa çalışsaq da II devalvasiyadan sonra bu artıq mümkün deyil. Xidmətlərin müəyyən hissəsi idxaldan asılı olduğu üçün qiymət artımı qaçılmaz tədbirə çevrildi.


VDS və ISP manager idarəetmə panelinin qiyməti dəyişdirildi

Hazırki tarifin yeni qiymətləri orta hesabla 25% artırılıb. ISPmanager-in qiyməti 1 manat dəyərində qalxaraq 7.40 manat olub. Lütfən yeni qiymətlərlə tanış olun.

Biz Sizin anlayışınıza və dəstəyinizə ümid edirik.





<< Geri