Bazar ertəsi, Dekabr 26, 2016

Yeni İliniz mübarək!

OUR Host-un Yeni İl bayramları zamanı iş qrafiki və endirim

Dünya azərbaycanlıların həmrəylik günü və Yeni İl bayramınız mübarək!
Qarşıda uzun bayramlar gəlir və buna görə də Sizin diqqətinizə bir neçə məsələni çatdırmaq istəyirik:

Bölmələrin bayram günlərində iş qrafiki

Maliyyə şöbəsinə göndərilən faktura və sair bu kimi suallar yalnız bayramdan sonra cavablandırılacaq. Əgər məsələ gözləyə bilmirsə, zəhmət olmasa əlaqə bölməsi vasitəsilə bizə sorğu göndərin. Biz əminik ki, yaranmış problemin həlli istiqamətində yol tapılacaqdır. Müştərilərlə iş üzrə şöbə və dəstək xidmətinin iş qrafiki bayram günlərində dəyişilməz qalacaqdır: texniki məsələlər 24 saat həll olunmaqda davam ediləcək.

Ödənişi unutmayın!

Veb və VPS/VDS hostinqlər şəxsi hesabda pul olmadığından dayandırılır, müvafiq olaraq 7-10 gün ərzində ödənilmədikdə isə silinir. Belə olduğu halda məlumatların bərpası mümkün deyil. Yanvar ayının 1-dən 9-na kimi banklar hesablar üzrə heç bir ödənişi emal etmir. Ödəniş tapşırığını yerinə yetirmək mümkün olmayacaq - maliyyə şöbəsi hamı kimi bayram günlərində çalışmır. Statistikaya görə hər ilin əvvəli təkcə MDB-də ortalama 500-dən çox veb və VPS hostinq vaxtında ödənilmədiyi üçün avtomatik olaraq silinir.

Əmin olun ki, bayram günləri zamanı heç bir ödənilməmiş fakturanız qalmasın. Ödənişi əvvəlcədən edin. Müştəri panelinizdə ödənilməli fakturanın adı, qiyməti və ödənilməyənədək aktiv olacağı müddət qeyd edilib:

Ödənilməli faktura

Nəzərinizə çatdırmaq istəyirik ki, müştəri panelində hər bir funksional avtomatlaşdırılsa da, banklar bayram günlərində çalışmır və biz bank köçürməsi yolu ilə həyata keçirilən əməliyyatları yalnız 2017-ci il, yanvar ayının 9-dan sonra qəbul edə biləcəyik. 

Ancaq Siz plastik kartla ödənişi məhdudiyyətsiz formada istifadə edə bilərsiniz. Hostinq sifarişi və mövcud xidmətin uzadılması avtomatik şəkildə qəbul edilərək, aktivləşəcək.

Ödəniş tapşırığı

Endirim kuponu!

Bayramlarla əlaqədar yeni ilin sadəcə birinci ayı üçün bütün veb-hostinq üzrə yeni sifarişlərə 25% endirim təqdim edirik. Sifariş etdikdə kupon xanasına sadəcə yeni2017 yazın və 25% endirim əldə edin! Endirim kodu 26 dekabr 2016-cı ildən 10 yanvar 2017-ci ilə qədər aktiv olacaq.

Sizə bayram günlərində yaxşı istirahət etmək və 2017-cı ildə yeni nailiyyətlər əldə etməyi arzu edirik!





<< Geri