Yeni İliniz mübarək!


Əziz müştərilər!

Qarşıdan gələn dünya azərbaycanlılarının həmrəylik günü və Yeni İl bayramınız mübarək! Qarşıdan uzun bayramlar gəlir və ilin sonuna yekun vurulur. Yola saldığımız 2017-ci ildə biz Sizlərlə birlikdə böyük nailiyyətlər əldə etdik. Bütün bu yeniliklər və nailiyyətlərin həqiqi səbəbkarı kimi Sizə təşəkkür etmək istəyirik! Məhz Sizin dəstəyiniz və inamınız sayəsində biz özümüzü gündən-günə daha da təkmilləşdirdik və yola saldığımız il bizim üçün həqiqi dönüş nöqtəsi oldu.

Yenidən işlədik

Proqram təminatında 3 nömrəli reliz, 700-dən çox düzəliş edildi. Avtomatlaşdırılmış SSL-sehrbaz quruldu, ISPManager Lite 5, DDoS-Guard, Cloudflare və KernelCare ilə tam inteqrasiya başa çatdırıldı. 

Layihələndirmə

UX-şöbəsi bu ilin avqustunda tam yenilənmiş interfeys təqdim etdi. Dizayn və müştəri panelinin tərtibatı zamanı tamamilə yeni üslubdan istifadə edilib. Yenilənmiş üslubla birlikdə, yeni xidmətlər də əlavə edilib və daha geniş məlumatlandırmaya üstünlük verilib.

Yardım etmişik

Müştərilərlə iş üzrə şöbə 80-dən çox sorğuya cavab verib, 100-dən çox sualı cavablandırıb. Bundan əlavə xidmətrin keyfiyyətini müəyyənləşdirmək üçün dəyərləndirmə və rəy sistemi yaradılıb.

Bölmələrin bayram günlərində iş qrafiki

Maliyyə şöbəsinə göndərilən faktura və sair bu kimi suallar yalnız bayramdan sonra cavablandırılacaq. Əgər məsələ gözləyə bilmirsə, zəhmət olmasa əlaqə bölməsi vasitəsilə bizə sorğu göndərin. Biz əminik ki, yaranmış problemin həlli istiqamətində yol tapılacaqdır. Müştərilərlə iş üzrə şöbə və dəstək xidmətinin iş qrafiki bayram günlərində dəyişilməz qalacaqdır: texniki məsələlər 24 saat həll olunmaqda davam ediləcək.

Ödənişi unutmayın!

Veb və VPS/VDS hostinqlər şəxsi hesabda pul olmadığından dayandırılır, müvafiq olaraq 7-10 gün ərzində ödənilmədikdə isə silinir. Belə olduğu halda məlumatların bərpası mümkün deyil. Yanvar ayının 1-dən 4-nə kimi banklar hesablar üzrə heç bir ödənişi emal etmir. Ödəniş tapşırığını yerinə yetirmək mümkün olmayacaq - maliyyə şöbəsi hamı kimi bayram günlərində çalışmır. Statistikaya görə hər ilin əvvəli təkcə MDB-də ortalama 500-dən çox veb və VPS hostinq vaxtında ödənilmədiyi üçün avtomatik olaraq silinir.

Əmin olun ki, bayram günləri zamanı heç bir ödənilməmiş fakturanız qalmasın. Ödənişi əvvəlcədən edin. Müştəri panelinizdə ödənilməli fakturanın adı, qiyməti və ödənilməyənədək aktiv olacağı müddət qeyd edilib:

Ödənilməli faktura


Nəzərinizə çatdırmaq istəyirik ki, müştəri panelində hər bir funksional avtomatlaşdırılsa da, banklar bayram günlərində çalışmır və biz bank köçürməsi yolu ilə həyata keçirilən əməliyyatları yalnız 2018-ci il, yanvar ayının 4-dan sonra qəbul edə biləcəyik. 

Ancaq Siz plastik kartla ödənişi məhdudiyyətsiz formada istifadə edə bilərsiniz. Hostinq sifarişi və mövcud xidmətin uzadılması avtomatik şəkildə qəbul edilərək, aktivləşəcək.

Ödəniş tapşırığı

Endirim kuponu!

Bayramlarla əlaqədar yeni ilin birinci ayı üçün bütün veb-hostinq üzrə yeni sifarişlərə 25% endirim təqdim edirik. Kampaniyada iştirak etmək üçün bu tarixdən etibarən yanvar ayının 10-na kimi aşağıda göstərilən təlimat üzrə veb-hostinq sifariş edin:

  • Saytda təqdim edilən veb-hostinq tariflərindən birini seçin və «Sifariş» düyməsini sıxın.
  • Sifariş pəncərəsinin aşağı hissəsində kupon xanasına göstərilən endirim promokodunu daxil edin.

Hazırdır! Sürətli və güvənli hostinqdən yararlana bilərsiniz.

Kampaniya 2018-ci il yanvar ayın 10-na kimi qüvvədə olacaq. Bu tarixə qədər sifariş edilən veb-hostinq paketlərinin kupon xanasına yeni2018 yazın və 25% endirim qazanın.

Sizə bayram günlərində yaxşı istirahət etmək və 2018-ci ildə yeni nailiyyətlər əldə etməyi arzu edirik!




 Cümə, Dekabr 29, 2017



<< Geri