Cümə, Yanvar 19, 2018

VPS/VDS host

Bu gün biz veb-hostinq səhifəmizi yenilədik. Bir çox müştərilərin rəyi və şərhləri sayəsində anladıq ki, baza hostinq həllərini təklif edən səhifəmizin informativliyi axsayır. Tariflər və planlar haqda məlumat azdır və bir çox müştərilər tam və dolğun məlumat almaqda çətinlik çəkir. Hətta müəyyən hallarda bəzi müştərilər müxtəlif endirimlərin olduğu halda bu haqda məlumatlarının olmamasını şahidi olurduq.

Biz bu problemi aradan qaldırdıq. Veb-hostinq səhifəsinə tam 5+5 yeni informativ blok yerləşdirdik.

Nələr əlavə edilib?

Əlavə edilmiş yeni 5 məlumat blokuna daxildir:

  1. Mövcud tarif planlarına endirimin olması haqda daimi stiker.
  2. Tariflər arasında fərqi anlamaq və daha detallı bilgi almaq üçün geniş cədvəl.
  3. Parametrlər qane etmədikdə VPS paketlər haqda qısa məlumat və xidmət səhifəsinə keçid.
  4. Müştərilərimiz üçün təqdim etdiyimiz hostinqin idarəetmə paneli - cPanel haqda hərəsi 5 bölmədən ibarət informativ blok.
  5. Tez-tez verilən suallar bölməsi. Bu bölmədə ən çox rast gəlinən suallara cavab verilib. Mövcud FAQ irəlidə daha da geniş məlumatlarla zənginləşdiriləcək.

Əlbəttə ki, biz bununla kifayətlənmirik. Tezliklə VPS paketlər haqda səhifəyə də daha geniş məlumatlar yerləşdiriləcək.

 

Yenilənmiş səhifəni dəyərləndirmək üçün aşağıdakı düyməni sıxın.





<< Geri