VPS/VDS host

Bu gün biz VPS host səhifəmizi yenilədik. Bir çox müştərilərin rəyi və şərhləri sayəsində anladıq ki, VPS/VDS həllərini təklif edən səhifəmizin informativliyi axsayır. Tariflər və planlar haqda məlumat azdır, bir çox müştəri tam və dolğun məlumat almaqda çətinlik çəkir. Hətta müəyyən hallarda bəzi müştərilər müxtəlif endirimlərin olduğu halda bu haqda məlumatlarının olmamasını şahidi olurduq.

Biz bu problemi aradan qaldırdıq. VPS host səhifəsinə tam 3 yeni informativ blok yerləşdirdik.

Nələr əlavə edilib?

Əlavə edilmiş yeni 3 məlumat blokuna daxildir:

  1. Mövcud tarif planlarına endirimin olması haqda daimi stiker.
  2. Müştərilərimiz üçün təqdim etdiyimiz VPS hostun standart (paylaşılan) veb-hostdan fərqini izah etmək üçün 6 yeni informativ məlumat yerləşdirmişik.
  3. Provayderin üstünlükləri ilə birgə VPS paketlərin bir çox orta və böyük layihələr üçün nə qədər səmərəli olduğunu səhifədə izah etməyə çalışmışıq.

Əlbəttə ki, biz bununla kifayətlənmirik. OUR Host öz müştərilərinin məmnuniyyətini yüksəltmək üçün yeni xidmətlər əlavə etməkdə davam edəcək.

Yenilənmiş səhifəni dəyərləndirmək üçün aşağıdakı düyməni sıxın.

 

 

Yenilənmiş səhifəni dəyərləndirmək üçün aşağıdakı düyməni sıxın.



 Çərşənbə axşamı, İyun 19, 2018



<< Geri