Bazar ertəsi, Noyabr 21, 2016

VPS üçün tariflər endirildi! 

OUR Host bu gündən etibarən VPS/VDS seçimlərinin qiymətində dəyişiklik edib. Artıq yeni müştərilərimiz üçün VPS paketlərini daha aşağı qiymətə təklif edirik.

Qiyməti 40%-ə qədər aşağı endirməklə bərabər biz həmçinin bütün tariflərin operativ yaddaşını 1 misli qaldırdıq. Hesab edirik ki, qiymətin endirilməsi ilə bərabər onun baza funksionallığının artması müştərilərimiz üçün geniş imkanlar açacaq!

VPS/VDS nədir?

VPS (Virtual Private Server) / VDS (Virtual Dedicated Server) — ayrılmış server daxilində bir neçə virtual serverə bölünən xüsusi hostinqdir. VPS/VDS ayrılmış serverlə eyni funksionallığa malikdir. Bu xidmət sahibinə veb-hostinqdən fərqli olaraq root-giriş, öz IP-ünvanları, port və bu kimi digər səlahiyyətlər verilir.

Hazırda saytda dörd VPS hostinq təklif edilir:

VPS Start
VPS Second
VPS Standard
VPS Premium

VPS-lərdən hər-hansı birini sifariş etmək üçün VPS Hostinq bölməsinə daxil olub, özünüzə uyğun paketi sifariş edə bilərsiniz.





<< Geri