VPS/VDS host

Bu gün biz VPS host paketlərimizi yenilədik. Günü-gündən inkişaf edən və yenilənən müxtəlif proqram təminatı get-gedə daha çox qaynaq istifadə edir. Texniki proqres artıq illər deyil, aylar və hətta günlərlə irəliləyir. OUR Host - Azərbaycan Host Provayderi olaraq biz də öz müştərilərimizin ehtiyaclarını daha çox ödəmək üçün bütün VPS paketlərinin hər bir parametrini ən azı 2 dəfə artırdıq. Son 1 il ərzində biz VPS xidmətlərinin genişləndirilməsi və daha çevik olması istiqamətində xeyli iş görmüşük. Bütün HDD yaddaşlar müasir və sürətli SSD-lərlə əvəz edilib, istifadəçinin rahatlığı üçün hazır ƏS və PT-lərlə təmin edilib, analizin daha dərin aparılması üçün ətraflı statistik blok yaradılıb.

Böyük işlər, böyük yatırımlar tələb edir. Bu istiqamətdə müştərilərimizə dəstəyimiz məhz Sizin rahat iş fəaliyyətinizi təmin etməkdir. Yeni, gücləndirilmiş parametrlərlə bizim VPS-lər Sizin layihələrinizə ən etibarlı yoldaş olacaqdır.

Nələr əlavə edilib?

Bütün paketlərin parametrləri artırılıb:

  1. cPU hər bir paketdə iki dəfə yüksəldilib.
  2. RAM hər bir paketdə iki dəfə yüksəldilib.
  3. Disk sahəsi hər bir paketdə iki dəfə yüksəldilib.
  4. Traffik hər bir paketdə iki dəfə yüksəldilib.
  5. Yeni və ən güclü Virtual XXL paketi əlavə edildi.
Bununla belə biz heç bir qiymət artımı etməmişik.

Əlbəttə ki, biz bununla kifayətlənmirik. OUR Host öz müştərilərinin məmnuniyyətini yüksəltmək üçün yeni xidmətlər əlavə etməkdə davam edəcək. Növbəti yenilik KVM virtualizasiyalı VPS-lərin açıq satışa çıxarılması olacaqdır.

Bundan əlavə VPS-lə veb-host (paylaşılan) arasında fərqi daha yaxşı anlamaq üçün Sizə hazırladığımız məlumat xarakterli məqaləmizi oxumağı tövsiyyə edirik.

 

 

Yenilənmiş səhifəni dəyərləndirmək üçün aşağıdakı düyməni sıxın.



 Cümə axşamı, Fevral 7, 2019



<< Geri