Bütün dünyada və həmçinin bizim ölkəmizdə olan virusla bağlı mövcud durum hamımızın bu bayram günlərində ovqatını müəyyən qədər aşağı sala bilər. Biz əminik ki, hazırkı vəziyyət bayramın tam gücü ilə keçirilməsində problemlər yaradır və bu da əlbəttə ki, bizim hamımıza təsir edir.
Ancaq baş verən hadisələr bizim işimizin yarımçıq qalmasına imkan verməməlidir və məhz bu kimi durumlarda biz anlayırıq ki, onlayn xidmətlər nə qədər də aktualdır. O üzdən bir çox xidmətlərin mütləq əksəriyyətinin mərhələli şəkildə onlayn müstəviyə keçirilməsi qarşısı alınmaz bir cərəyandır.
Bu yolda OUR Host – Azərbaycan Host Provayderi ölkəmizdə və onun hüdudları kənarda bir çox müştərisinə yardımçı olub və bu istiqamətdə durmadan çalışır. Buna görə də biz Novruz bayramı ilə əlaqədar ənənəvi endirim kampaniyamızı davam etdiririk.
Elə indi öz xidmətlərinizi keyfiyyətli yüksək keyfiyyətli serverlərimizdə məhdudiyyət olmadan ölkə və dünya bazarına çıxarın!
Novruz bayramınız mübarək!
Bərəkətli baharın gəlişinin rəmzi olan Novruz bayramı ilə əlaqədar OUR Host bütün veb-host və VPS paketlərinə endirim kampaniyasına başlayır. Texniki xidmət, daimi ehtiyat nüsxəsi, hostun idarəetməsinin rahatlığı — müştərilərimizin əsas tələblərindən biridir. Baharın sonunadək istənilən veb-host və ya VPS paketini seçib, sifariş edin və bütün bu rahatlıqla birlikdə 25%-ə qədər endirim əldə edin
Kampaniyanın mahiyyəti
Bu kampaniyaya veb hostinq paketi və əlavə xidmətlər daxildir:
- ehtiyat nüsxəsi üçün ayrıca disk
- hostun idarəedilməsi
- yüzlərlə skript və şablon
- yüksək təhlükəsizlik və aptaym
— 25% endirimlə.
Necə iştirak edim?
- Veb host və ya VPS xidmətinə keçin
- Uyğun paketi seçin
- Sifarişi ödəyin
Aprel ayının 10-dək sifariş zamanı kupon xanasına sadəcə novruz2021 yazın və faktura 25% endirimlə yeniləcəkdir.
Sizə bayram günlərində xoş istirahət etməyi arzu edirik!