Cümə, Avqust 18, 2017

Yeni dizayn.

Hörmətli müştərilər. Biz öz saytımızı yenilədik! 

Zahiri görünüş daha səliqəli və gözoxşayan, məlumatlar isə daha geniş və dəqiq oldu. Artıq Siz saytda özünüz üçün lazım olan informasiyanı daha sürətli tapa və xidmətlərdən daha geniş yararlana bilərsiniz. Saytın naviqasiya sistemi tamamilə yenidən işlənilmiş və yeni müştəri paneli istifadəyə verilmişdir. Yeni saytın strukturu və dizaynı yaradılarkən biz çağdaş dövrümüzün tələblərindən irəli gəlmişik. OUR Host hər zaman öz müştərilərinə qayğı ilə yanaşır və daim modernizasiya işləri aparır. Biz çalışırıq ki, həm aparat vasitələri həm də müştəri paneli Sizin üçün maksimum rahat, lakonik və etibarlı olsun. 

Yeni saytın buraxılması ilə bərabər biz həmçinin xidmət spektorumuzu xeyli genişləndirməyə nail olduq. Aşağıda bu yeniliklərdən bəziləri qeyd edilib:

  • Artıq hər bir müştəri veb-hostinq əldə edərkən əlavə olaraq CloudFlare modulu, SEO optimizatoru, sosia media alətləri və Wordpress sayt idarəetmə mühərriki üçün müxtəlif zövqə uyğun şablonları əldə edəcəkdir.
  • Biz VPS/VDS xidmətlərində böyük dəyişiklik etdik və öz serverlərimizi TIER III standartına malik data mərkəzinə köçürdük.
  • SSL sertifikatların satışında da dəyişikliklər baş verib. Əvvəl yalnız Comodo şirkəti ilə partnyorluq çərçivəsində yalnız bir sertifikat təqdim edirdiksə, bu gündən etibarən GeoTrust, Thawte və Symantec təchizatçılarının sertifikatları da satışa çıxarılır.
  • Təklif etdiyimiz məhsullar arasında ən mühüm hadisələrdən biri də yeni xidmət spektorunun dövriyyəyə buraxılmasıdır. Belə ki, biz artıq ayrılmış serverlərin satışını təşkil etməyə başladıq. Müxtəlif parametrdə və olduqca fərqli sazlanma üstünlüklərinə malik ayrılmış serverlər Sizin iri həcmli layihələriniz üçün əvəzsiz həllə çevriləcəkdir.
Yeni xəbərlərdən biri də xidmət sahəmizin coğrafi genişlənməsi haqdadır. Belə ki, artıq OUR Host - Azərbaycan Hostinq Provayderin Ukraynada rəsmi satış ofisi açıldı. Bu addım Ukrayna vətəndaşlarına hostinq və bu kimi xidmətlərini daha peşəkar və operativ təşkil edilməsi üçün atılıb. Qeyd edək ki, Ukraynada yerləşən ofis Azərbaycandakı xidmətlərin bütün spektrlərini xaricdə yerinə yetirəcəkdir.  

Bundan əlavə açılış ilə əlaqədar OUR Host yeni kampaniya elan edir. Bu gündən etibarən gələn sentyabr ayının 19-na kimi istənilən veb hostinq paketini sifariş edin və 25% endirim qazanın. Bunun üçün müvafiq paketi seçdikdən sonra endirim kodu bölməsindəki promokod xanasına #yenisayt kodunu daxil edin və endirimdən yararlanın! 

Saytın yeni versiyasının buraxılması ilə bərabər biz xeyli yeniliklər gətirməyə çalışmışıq. Ümid edirik ki, 2017-ci ildə biz birlikdə daha da böyük nailiyyətlər əldə edəcəyik.

Bu yeniliklərlə Sizə göstərilən hostinq xidmətinin daha da innovativ və yararlı olacağına inanırıq!




<< Geri