Ubuntu PPTP VPN

  1. Mausun kursorunu  yuxarı-sağ küncdə, "Notification are" bölməsindən "Network Manager Indicator" ikonunu sıxın.  Burada "VPN Connections" bölməsindən "Configure VPN" bölməsini seçin.

2. İndi "‘Choose a Connection Type’" bölməsində "Point-to-Point Tunneling Protocol (PPTP)" protokol növünü seçərək "create" düyməsini sıxın.

3. "VPN" tabını təsdiq edərək aktiv edin və elə həmin pəncərədən "Add" düyməsini sıxın.

3. Bu bölmədə qoşulma VPN bölməsində qoşulma adını "ourVPN" qeyd edin. "Gateway" bölməsində qoşulmaq istədiyiniz server ünvanını qeyd edirsiniz. Məsələn əgər Çex Respublikasından qoşulmaq istəyirsinizsə cz1.ourhost.az, Avstriyadan qoşulmaq istəyirsinizsə at1.ourhost.az qeyd edirsiniz. Bundan sonra VPN-ə məxsus istifadəçi adı və şifrəni qeyd etməlisiniz. "NT Domain" bölməsini doldurmaq lazım deyil. Prosesi başa çatdırdıqdan sonra "Advanced" düyməni sıxın.

4. "Security and Compression" bölməsində "Use Point-to-Point encryption (MPEE)"-yə quş qoyun. İrəlidə "Authentication" bölməsinə keçid edin və orada YALNIZ MSCHAP və MSCHAPv2 seçimlərinə quş qoyun. Aşağı sağ-küncdə "OK" düyməsini sıxaraq ayarlamanı tamamlayın.

6. Bildiriş panelində yerləşən "Network Manager Indicator"  ikonuna sıxdıqda Siz artıq VPN bağlantı siyahısında əlavə etdiyiniz ayarı görəcəksiniz. Üzərinə sıxdıqda VPN aktivləşdiriləcəkdir. Əgər VPN istifadəçi adı və şifrəsi saxlanılmayıbda dialoq pəncərəsində giriş detallarını daxil etməyiniz tələb olunacaq. Lazımı bölmələri doldurduqdan sonra VPN-ə qoşulma reallaşacaqdır.

 

  • linux, ubuntu
  • 75 istifadəçi bunu faydalı hesab edir
Bu cavab sizə kömək etdi?