Domeni necə transfer etmək olar?

Əgər sizin başqa bir firmadan aldığınız domen adınız varsa, və onu bizim firmanın nəzarəti altına keçirmək istəyirsinizsə, o zaman domeni transfer etməlisiniz. Transfer prosesi domenlərin qeydiyyat prosesinə uyğundur və eyni məbləğdə qiymətləndirilir.

Bizim saytda qeydiyyatdan keçdikdən sonra müştəri paneli səhifəsinə keçib cari domeninizin adını yazıb yoxlamalısınız. Əgər müsbət cavab alsanız, transfer prosesinə davam etmək olar.

Proses uğurla başa çatdıqda, Sizə həm bizim şirkətdən, həm də cari domeni qeydiyyatdan keçirmiş domen qeydiyyatçısından məktub gələcəkdir. Bu zaman cari domen qeydiyyatçısının göndərdiyi məktubdakı təlimatı yerinə yetirərək transferə icazə verməniz vacibdir.

QEYD: Nəzərinizə çatdırırıq ki, əgər domenin vaxtının bitməsinə 45-60 gün qalıbsa, o zaman bir çox qlobal domen qeydiyyatçıları domenin transferindən imtina edə bilərlər. Eyni zamanda unutmayın ki, vaxtı bitmiş domenləri transfer etmək olmaz.

  • 96 istifadəçi bunu faydalı hesab edir
Bu cavab sizə kömək etdi?

Uyğun məqalələr

 Domenlərin qeydiyyat müddəti

Domenləri ən azı 1 il müddətinə qeydiyyatdan keçirmək olar.Bu müddət ərzində onun adını dəyişmək,...

 Mən aldığım domenin adını dəyişmək istəyirəm

Bütün domen adlarının qeydiyyatı ən azı 1 il müddətinə aparılır. Bu müddət ərzində onun adını...

 Domenlərin NS-lərinin qoşulması

Əgər mövcud domeniniz varsa və bizim saytımızdan hostinq xidməti almısınızsa, həmin domenin...