(+994 12) 599 08-58 | [email protected]

OUR Host - Azerbaijan Hosting Provider

Yeni ödəmə növləri: MilliÖn, E-manat, Kassam və ExpressPay

OUR Host – Azərbaycan Host Provayderində öz xidmətlərini yerləşdirən bizim daimi müştərilər bilirlər ki, 2018-2019-cu illərdə fakturaları standart ödəmə üsulu olan plastik kartdan savayı, həmçinin E-manat terminalı vasitəsilə ödəniş etmək olurdu. Ancaq elə həmin dövrdə terminallarla baş verən bəzi xoşagəlməz hallar (ödənişi terminal qəbul etdikdən sonra emal etməməsi və sair) adıçəkilən terminal təchizatçısı ilə müqaviləyə xitam verilməsi ilə başa çatmışdır.

O dövrdən bu günə kimi biz öz müştərilərimizin rahat ödənişini təmin etmək üçün daima çalışmışıq. Bu dövr ərzində müştərilərimizin maliyyə azadlığını təmin etmək üçün biz həmçinin məşhur Yandex.Kassa ilə ikitərəfli müqavilə bağladıq. Bu aqreqator vasitəsilə biz bir çox yeni, beynəlxalq ödəmə növlərini müştərilərimiz üçün keçərli etdik. Bunların sırasında Связной, Евросеть, Мегафон, МТС rabitə məntəqələri, Sberbank bankomatları, Элекснет, Comepay (Magnit), Европлат, TelePay, Moskva Kredit Bankına məxsus terminallar, eləcə də Yandex.MoneyQIWI kimi elektron cüzdan yer alır.

Bundan öncə də OUR Host – Azərbaycan Host Provayderinin yeni ödəmə növlərinin əlavə edilməsi planının olması haqqında məlumat vermişdik. Və nəhayət uzun bir aradan sonra ölkənin aparıcı ödəmə terminalları olan MilliÖn, E-manat, KassamExpressPay terminallarını da ödəmə növləri sırasına əlavə etdik.

Necə ödənilməli?

  1. Müştəri panelinə daxil olub, müvafiq fakturanı seçirsiniz
  2. Faktura səhifəsində ödəmə növünü “Terminal” ilə əvəz edib, səhifənin yenilənməsini bir neçə saniyə gözləyirsiniz.
  3. Ödəniş düyməsini sıxdıqdan sonra ödəməni necə həyata keçirməyiniz haqqında terminala aid təlimat görüntülənəcəkdir.
  4. Həmin təlimata əsasən yuxarıda adıçəkilən istənilən terminallardan birinə yaxınlaşaraq, “PulPal”-ı seçərək, eyniləşdirmə (ID) nömrəsini daxil edib, ödəməni həyata keçirə bilərsiniz.

Bundan sonra Sizə ödəməniz haqqında e-poçta bildiriş gələcək, fakturanız isə dərhal “Ödənilib” statusu ilə əvəz ediləcəkdir. Məlumat üçün bildiririk ki, eyniləşdirmə nömrəsini unutmamaq üçün SMS vasitəsilə avtomatik olaraq öz mobil telefonunuza ödənişsiz göndərə bilərsiniz.

Qeyd etməliyik ki, biz özümüzün ödəmə aqreqatoru kimi PulPal xidmətini seçmişik və bütün terminal üzrə əməliyyatlar PulPal aqreqatoru ilə həyata keçirilir.

Ümid edirik ki, bu yenilik müştərilərimiz üçün çox faydalı olacaq və onların dünyanın istənilən nöqtəsindən rahat xidmət əldə etməyi, ödəniş həyata keçirməyi üçün xüsusilə faydalı olacaqdır.

Share this Post

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir