(+994 12) 599 08-58 | [email protected]

Əziz müştərilər!

Qarşıdan gələn dünya azərbaycanlılarının həmrəylik günü və Yeni İl bayramınız mübarək! İrəlidə uzun bayramlar gəlir və ilin sonuna yekun vurulur. Yola saldığımız 2020-ci ildə biz Sizlərlə birlikdə böyük nailiyyətlər əldə etdik. Bütün bu yeniliklər və nailiyyətlərin həqiqi səbəbkarı kimi Sizə təşəkkür etmək istəyirəm! Məhz Sizin dəstəyiniz və inamınız sayəsində biz özümüzü gündən-günə daha da təkmilləşdirdik və yola saldığımız il bizim üçün həqiqi dönüş nöqtəsi oldu.

Bu il hamımız üçün həm ağır, həm də çox xoşbəxt günlərlə yadda qaldı. Qarabağ problemi nəhayət məntiqi həllini tapmaqdadır. İnanılmaz olsa da nəhayət biz qədim və tarixi torpaqlarımıza geri döndük, haqq və ədalət bərqərar oldu. 30 illik hər gün yaşanan həsrətin Şuşada bitməsi əbədi olaraq qəlbimizi isidəcəkdir.

Bununla belə biz olduqca çətin il yaşadıq, COVID-19 virusu həyat düzənimizə məişətdən tutmuş, iş şəraitimizə qədar siraət etdi, onu dəyişdi. Biz sosial təcrid şəraitində sizin xidmətlərinizin fasiləsiz və kəsintisiz təminatını həyata keçirməyə nail olduq. Qeyri-adi bir vəziyyət olmasına baxmayaraq biz çalışırıq ki, mümkün olduğu qədər biznes öz axarında fəaliyyət göstərə bilsin. Bu tədbirlər müxtəlif müəssisə və digər fiziki şəxslərin bizə həvalə edilmiş xidmətlərinin heç bir məhdudiyyət və fasilə olmadan qlobal şəbəkədə yayımlanmasında yardımçı olur.    

Bu il biz yeni partnyorlar qazandıq və yeni xidmət xətti yaradaraq maraqlı layihələr həyata keçirdik. Biz aktual və innovativ həllər yaradaraq çalışırıq ki, o hamı üçün hətta texniki mütəxəssis olmayan müştərilər üçün də əlçatan və yararlı olsun. Bizə öz xidmətlərini yüzlərlə insan həvalə edir. Hər ilin sonu biz müştərilərə ümumi məlumat verir və əlbəttə ki, endirim kuponu hədiyə edirik. Bu və digər xəbərlər haqqında aşağıda Sizin diqqətinizə çatdırılacaqdır. Ümid edirik ki, 2021-ci ildə də Siz bizimlə birgə xidmətlərinizi böyüdəcək və yeni üfiqlər fəth edəcəksiniz!

İcraçı Direktor

Orxan Quliyev

Bölmələrin bayram günlərində iş qrafiki

Maliyyə şöbəsinə göndərilən faktura və sair bu kimi suallar yalnız bayramdan sonra cavablandırılacaq. Əgər məsələ gözləyə bilmirsə, zəhmət olmasa əlaqə bölməsi vasitəsilə bizə sorğu göndərin. Biz əminik ki, yaranmış problemin həlli istiqamətində yol tapılacaqdır. Müştərilərlə iş üzrə şöbə və dəstək xidmətinin iş qrafiki bayram günlərində dəyişilməz qalacaqdır: texniki məsələlər 24 saat həll olunmaqda davam ediləcək.

Ödənişi unutmayın!

Veb və VPS/VDS hostlar şəxsi hesabda vəsait olmadığından dayandırılır, müvafiq olaraq 14 gün ərzində ödənilmədikdə isə silinir. Belə olduğu halda məlumatların bərpası mümkün deyil. Yanvar ayının 1-dən 7-nə kimi bank hesablar üzrə heç bir ödənişi emal etmir. Ödəniş tapşırığını yerinə yetirmək mümkün olmayacaq – maliyyə şöbəsi hamı kimi bayram günlərində çalışmır. Statistikaya görə hər ilin əvvəli təkcə MDB-də ortalama 500-dən çox veb və VPS host vaxtında ödənilmədiyi üçün avtomatik olaraq silinir.

Əmin olun ki, bayram günləri zamanı heç bir ödənilməmiş fakturanız qalmasın. Ödənişi əvvəlcədən edin. Müştəri panelinizdə ödənilməli fakturanın adı, qiyməti və ödənilməyənədək aktiv olacağı müddət qeyd edilib:

Nəzərinizə çatdırmaq istəyirik ki, müştəri panelində hər bir funksional avtomatlaşdırılsa da, banklar bayram günlərində çalışmır və biz bank köçürməsi yolu ilə həyata keçirilən əməliyyatları yalnız 2021-ci il, yanvar ayının 6-dan sonra qəbul edə biləcəyik.
Ancaq Siz plastik kartla ödənişi məhdudiyyətsiz formada istifadə edə bilərsiniz. Host sifarişi və mövcud xidmətin uzadılması avtomatik şəkildə qəbul edilərək aktivləşəcəkdir.

Ödəniş tapşırığı

Endirim kuponu!

Bayramlarla əlaqədar dekabr ayının 30-dan yanvarın 10-na kimi bütün veb-hostVPS hostlar üzrə yeni sifarişlərə əlavə 15% endirim təqdim edirik. Kampaniyada iştirak etmək üçün bu tarixdən etibarən yanvar ayının 10-na kimi aşağıda göstərilən təlimat üzrə veb-host sifariş edin:

  • Saytda təqdim edilən veb-hostVPS host tariflərindən birini seçin və «Sifariş» düyməsini sıxın.
  • Sifariş pəncərəsinin aşağı hissəsində kupon xanasına yeni2021  yazaraq endirim promokodunu daxil edin.

Hazırdır! Sürətli və güvənli hostdan yararlana bilərsiniz.

Sizə bayram günlərində yaxşı istirahət və 2021-ci ildə yeni nailiyyətlər əldə etməyi arzu edirik!

Share this Post

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir