(+994 12) 599 08-58 | [email protected]

OUR Host - Azerbaijan Hosting Provider

Tərəfdaş proqramı

Müştəri cəlb edin 40% qazanc əldə edin

Bizim tərəfdaşımız olun və müştərilər cəlb edərək müntəzəm gəlir əldə edin.

Partnyor
person2
Qeydiyyatdan keçin
İlk növbədə saytımızda qeydiyyatdan keçin. Qeydiyyatınız varsa “Tərəfdaş” düyməsini sıxın və
proqramı aktivləşdirin. Siz artıq tərəfdaşsınız!
person
Cəlb edin

“Tərəfdaş proqramına” aktivləşdirdikdən sonra Sizə unikal (təkrarlanmayan) link avtomatik təyin edilir. Həmin link yalnız tərəfdaş proqramında istifadə edilir.

vvallet
Qazanc əldə edin

Hazırdır! Təyin edilən linki öz tanış və dostlarınız, partnyor və ya sadəcə xidmət göstərdiyiniz fərd və müəssisələrə göndərib, qazanc əldə edin!

new-project-img

Nəyə görə OUR Host
tərəfdaş proqramı?

OUR Host tərəfdaşlıq proqramı veb proqramçı, studiya, şirkət və ya sadəcə frilanserlərə öz trafik və məzmunundan pul qazanmaq üçün əla fürsət təqdim edir. Hostinqimizə yeni müştərilər cəlb edin və sərfəli komissiya ödənişləri əldə edin. Satış üzrə mütəxəssis olmağa ehtiyac yoxdur – sadəcə səhifənizd.ə reklam materialları yerləşdirin və saytınız əlavə gəlir gətirməyə başlayacaq.

Bizim müştərilərimiz üçün 24/7 texniki xidmət

Diqqətinizi işinizə yönəldin və bütün rutin texniki problemlərdən kənar qalın. Bizim peşəkar texniki xidmət heyətimiz hər zaman Sizə yardım etməyə olmağa hazırdır!

hello

Tərəfdaş proqramının üstünlükləri nədir?

Bizim tərəfdaşımız olun və müştərilər cəlb edərək müntəzəm gəlir əldə edin. İnternetdə pul qazanmağın etibarlı yolunu axtarırsınızsa, OUR Host tərəfdaş proqramı sizin ideal seçiminizdir.

 

Yüksək komissiya

Biz cəlb edilmiş müştəri üçün tərəfdaşlarımıza yüksək ödəniş edirik və tərəfdaşa ödənilən qazanc maksimal olaraq 40% təşkil edir

Dərhal qazanc

Tərəfdaş proqramına qoşulmaq asan və pulsuzdur. Qazancın başlanğıcını ləngidən mürəkkəb rəsmiləşdirmələr və ya müqavilələr yoxdur

Monitorinq

Cəlb edilən müraciətlər haqqında ətraflı statistika: gəlirinizi real vaxt rejimində hansı link üzrə hansı xidmət əldə edildiyini ani məlumatlanın

Texniki xidmət

OUR Host - Azərbaycan Host Provayderi öz müştərilərinə peşəkar texniki xidməti 24/7 saat ərzində fasiləsiz fəaliyyət göstərir

Rahat və aydın

Bizim intuitiv veb-interfeysimiz hətta yeni başlayanlara da proqrama dərhal qoşulmağa şərait yaradır

Suallar və cavablar

OUR Host tərəfdaş proqramı veb proqramçı, studiya, şirkət və ya sadəcə frilanserlar üçün əlavə qazanc əldə etməyin sürətli yoludur.

Biz host provayderlərə aid reytinqlərdə lider mövqe tuturuq. OUR Host 24/7 dəstək, güclü serverlər və rahat idarəetmə paneli təklif edir. Bizim brendimiz tanınır. Resursunuzda (məlumat saytı, tematik forum, bloq) hostumuzu reklam edin və xidmətlərimizə görə hər bir müştəri ödənişinə görə mükafat alın.

Tərəfdaş proqramına qoşulmuş müştəri minimal təyin edilmiş məbləği - yəni 100 manatı qazandıqda istənilən an vəsaiti istədiyi formada provayderdən əldə edə bilər. Bunun üçün müştəri panelinizdəki Tərəfdaş proqramı bölməsində "Vəsaiti çıxar" düyməsini sıxın.

Minimum ödəniş məbləği 100 manat təşkil edir.

Əgər vəsait bizim xidmətləri ödəmək üçün tələb olunursa minimal məbləğ şamil olunmadan müştəri balansına köçürülür.

Vəsaiti 2 formada nağdlaşdırmaq mümkündür.

Birinci üsul bizdə olan xidmətlərinizi ödəmək üçün istifadə edilir. Bu halda vəsait məbləğdən asılı olmayaraq dərhal müştəri balansına köçürülür.

İkinci üsul minimal məbləğ toplandıqda təyin etdiyiniz bank kartına köçürülür.

Müştəri panelinizdəki "Tərəfdaş proqramı" bölməsində sizin linkinizə hansı sayda istifadəçinin daxil olduğu və onlardan hansının alış etdiyini sərbəst şəkildə izləyə bilərsiniz.

Bizdən host əldə et Üstünlük qazan!

trustpilot_logo
star-5

Minlərlə rəyə əsasən 5-dən 4.6 bal

Müştərilər bizdən
nə deyir?