(+994 12) 599 08-58 | [email protected]

OUR Host - Azerbaijan Hosting Provider

Məqbul İstifadə Siyasəti

Təsdiq edirəm
İcraçı Direktor
«OUR Technology» MMC
Quliyev O.İ
Əmr: №13/05-08/21

OUR Host – Azərbaycan Host Provayderi bütün dünya üzrə müştəriləri host və bu kimi xidmətlər ilə təmin edir və bizim hər müştərini qorumaq və mövcud olan ən yaxşı xidmətləri təmin etmək məsuliyyətimiz var. OUR Host – Azərbaycan Host Provayderinin (ourhost.az) bütün qeydiyyatdan keçmiş müştəriləri İstifadə Şərtləri, İctimai Oferta və ardınca gələn Məqbul İstifadə Siyasəti (irəlidə MİS) ilə razılaşır və bu qaydalara əməl edirlər.

OUR Host – Azərbaycan Host Provayderi tərəfindən təmin olunan bütün xidmətlər yalnız qanuni məqsədlər üçün istifadə oluna bilər. Azərbaycan Respublikasının müvafiq qanunvericiyiliyini pozaraq hər hansı bir məlumat, data, materialların ötürülməsi, saxlanması və təqdim olunması qadağandır. OUR Host tərəfindən Azərbaycan Respublikasının hüdudlarından kənarda təmin olunan xidmətləri istifadə edən istifadəçilər həmçinin bu şərtlərə əməl etməli və ev sahibliyi edən ölkənin müvafiq qanunlarını pozmamalıdır. Bura aiddir ancaq bununla məşhudlaşmır: müəllif hüquqları ilə qorunan material, təhdid və ədəbsiz hesab etdiyimiz material və ya ticarət sirri və digər qanunla qorunan material. Abunəçi, digər abunəçiyə və ya başqa bir tərəfə xidmətin istifadəsi nəticəsində ortaya çıxan hər hansı bir zərəri OUR Host – Azərbaycan Host Provayderinə ödəməyə razıdır.

Bu MİS müddəaları təlimatlar üçün nəzərdə tutulmuşdur və hərtərəflidir. MİS-də açıq şəkildə göstərilib-göstərilməməsindən asılı olmayaraq, qanunu, əsasnaməni və ya İnternet icmasının qəbul edilmiş normalarını pozan davranış qadağandır. Bizim və ya ortaqlarımızın ticarət, kommersiya və biznes nüfuzuna və xoşməramlılığına xələl gətirən fəaliyyətləri qadağan etmək hüququnu hər zaman özümüzdə saxlayırıq.

SPAM

İstifadəçilər kütləvi və kommersiya elektron poçtuna aid olan bütün müvafiq qanunvericilik və normativ aktlara, o cümlədən 2003-cü ildə qəbul edilmiş “Spam ilə mübarizə haqqında Qanuna” (CAN-SPAM Aktı) və Avropa İttifaqının Məlumat Mühafizəsinin Ümumi Qaydalarına (GDPR) riayət etməlidirlər.

İstifadəçi abunə yazılmamış üzvlərə kütləvi və xoşagəlməyən (istənilməyən) e-poçtlar göndərə bilməz. Kütləvi poçt göndərən istifadəçilər, abunəliyə razılıq vermiş istifadəçilərin tam və dəqiq qeydlərini aparmalı və sorğu olarsa bu qeydləri OUR Host-a təqdim etməlidir. Əgər istifadəçi yoxlanma şərtlərinə uyğun abunəlik haqqında razılığı təqdim edə bilmirsə, kütləvi poçt göndərilməsini istənilməyən hesab edəcəyik. Poçt siyahıları ilə işləyən istifadəçilər abunə razılıqlarını və seçimlərinin tam və dəqiq qeydlərini aparmalı və tələb edildikdə bu qeydləri OUR Host-a təqdim etməlidirlər. İstifadəçi bu cür razılıq və abunə seçimlərinə dair müsbət və təsdiqlənmiş sübut təqdim edə bilmirsə, kütləvi poçt göndərişləri xoşgəlməyən hesab ediləcək. İstifadəçi abunəçinin avtomatik olaraq və geri dönməz şəkildə özünü abunəlikdən silməsinə icazə verməlidir. Digər qadağan olunmuş fəaliyyətlərə aşağıdakılar aiddir, lakin bunlarla məhdudlaşmır:

İstənilməyən kütləvi elektron poçtlara cavabların alınması üçün şəbəkəmizdən istifadə etmək;
Elektron poçt başlıqlarının saxtalaşdırılması (saxtakarlıq);
Üçüncü tərəf proksi vasitəsi ilə spam göndərmə, proksi siyahılarının toplanması və ya proksi poçt proqram təminatının quraşdırılması;
İstifadəçi identifikasiyası və identifikasiyası olmadan göndəriləcək üçüncü tərəf mesajlarını qəbul etmək və onlar üzərində işləmək üçün poçt serverini konfiqurasiya etmək;
Başqa bir şəbəkədən (spam reklam) göndərilən spam e-poçtu daxilində reklam olunan veb səhifələrin yerləşdirilməsi;
Spamı dəstəkləyən veb səhifələrə ev sahibliyi etmək və onlara xidmətlər təmin etmək;
Veb-bloq yazıları, IRC/söhbət otağı mesajları, qonaq dəftəri girişləri, HTTP yönləndirici loq girişləri, “usenet” yazıları, “pop-up” mesajları, ani mesajlar və ya SMS mesajları kimi digər istənilməyən kütləvi mesaj, paylaşım və ya media ötürülməsi;

Etdiyiniz hərəkətlər nəticəsində domenlərimiz və/və ya IP ünvan aralığımız qara siyahılara və ya digər poçt süzgəc proqram sistemlərinə yerləşdirilərsə, serveriniz dayandırıla və/və ya sonrakı araşdırmalardan sonra ləğv edilə bilər.

Qadağan olunmuş istifadələr

Şəbəkədə aşağıdakı hallar qadağan olunur. Bizim xidmətlərdə bu cür fəaliyyətdə iştirak etmək xəbərdarlıq edilmədən hesabın və ya xidmətin bağlanmasına səbəb ola bilər.

  • Müəllif hüquqları ilə qorunan məzmunun və/və ya pirat məzmuna istinadların yerləşdirilməsi
  • Açıq proksilər
  • Stresser/booter veb saytları
  • Poçt/SMS bombardmançıları
  • Kütləvi poçt
  • Yüksək resurs fəaliyyəti (CPU, I/O, şəbəkə və s.)
  • IP saxtakarlığı
  • Şəbəkə/port skanları
  • Hesab və/və ya şəxsi məlumatların paylanması
  • (D)DoS hücumlar
  • TOR çıxış qovşaqları
  • Açıq DNS aşkarediciləri
  • Hola
  • Kloxo
  • Virtual valyuta (*koin) mədəni
  • “World Community Grid”, “Folding at Home” və ya bənzər bir proqram təminatı
  • CrystalMines
  • HitLeap və ya hər hansı bir süni trafik yaradılması
    HYIP veb saytları
  • iBusinessPromoter və ya oxşar proqram təminatı
  • Proqram təminatına dair dəliyin skan edilməsi
  • “Bruteforcing”
  • Sosial media skanerləri
  • “Krak” etmələr
  • “Botnet” qurulması
  • Qanunsuz pornoqrafiya
  • Hivemail
  • Telnet və ya SSH giriş skriptləri
  • Usenet
  • Fişinq, zərərli proqram təminatı və/və ya zərərli məzmunun yayılması da daxil olmaqla ancaq bunlarla məhdudlaşmayan dağıdıcı fəaliyyət
  • Ponzi, piramida sxemləri, fişinq, “skam” veb saytları və pirat proqram təminatı daxil olmaqla ancaq bunlarla məhdudlaşmayan qanunsuz fəaliyyət
  • Video axın (*striminq)
  • Məzmun çatdırılma şəbəkələri (CDN)
  • LIULIANGKUANG
  • Multics, CCcam və ya digər hər hansı bir kart paylaşma proqramı
  • Çin xüsusi (özəl) oyun serverləri və əlaqəli veb saytlar
  • Hər hansı bir formada fayl saxlama, kiberlok və ya buna bənzər fəaliyyət

 

Təqdim etdiyimiz xidmətin zərərli istifadəsinin qarşısını almaq və kompüterləri bilinən potensial zəifliklərdən qorumaq üçün bəzi şəbəkə portları bloklanmışdır. İstənilən port(lar) istifadəçilər üçün əvvəlcədən xəbərdarlıq edilmədən blok siyahısına əlavə edilə və ya siyahıdan çıxarıla bilər. Xahiş edirik yardım məqaləmizə baxın və ya xüsusi bloklar haqqında daha çox məlumata ehtiyacınız varsa dəstək sorğusu yaradın.

DDoS Hücumlar

Tez-tez və/və ya dağıdıcı hücumlara məruz qalan istifadəçilər öz xidmətlərinə və/və ya hesablarına qarşı tədbir görə bilərlər. Xidmətlərinizin digər istifadəçilərin iş qabiliyyətinə davamlı təsir göstərdiyi aşkar edilərsə daha çox zərərin yaranmaması üçün sizə sorğu vasitəsilə bildiriş göndəriləcək və əlavə tədbirin görülməsi istəniləcəkdir.

Ədalətli İstifadə

Limitsiz sahə proqram və aparat məhdudiyyətlərinə malikdir və şirkət tərəfindən təyin edilən ədalətli istifadə siyasəti* (*Məqbul İstifadə Siyasəti) ilə tənzimlənir. Host planı və onlarla əlaqəli e-poçt hesablar yalnız yerləşdirilən veb-saytla əlaqəli məzmunun istifadəsi üçündür və hər hansı ehtiyat və fayl saxlama xidməti, şəxsi mediaya (məsələn, fotoşəkil, film, musiqi və ya hər hansı digər bir media forması) icazə verilmir. Müvafiq platforma üçün real və ya məqbul hesab ediləndən daha çox resurs istifadə edirsinizsə, istifadə etdiyiniz sahəni azaltmağa dair sizə sorğu vasitəsilə bildiriş göndəriləcəkdir. Bir istifadəçi hər hansı bir resursdan istifadə edərək platformanın bütövlüyünə və ya onun iş qabiliyyətinə mənfi formada təsir edirsə bunun qarşısının alınması üçün xidmət dayandırıla bilər.

Veb-host
Hesab resursları

Bütün hesablar CloudLinux virtualizasiyası ilə qorunur. Paketlər vasitəsilə müştərilərimizə ayrılan resurslar hesaba təhkim olunmur və mənbədən bütöv istifadə hüququ verilmir. Bunlar hücumların qarşısının alınması və/və ya eyni qovşaqda yerləşən digər müştərilərə təsirin azaldılması üçündür. Təyin edilmiş hədləri ardıcıl aşırsınzsa, biz planınızı təkmilləşdirməyinizi (mümkünsə) və ya VPS, eləcə də ayrılmış server kimi daha güclü bir mühitə keçməyinizi xahiş edə bilərik. Bu məhdudiyyətləri xəbərdarlıq etmədən dəyişdirmək və resurs hədlərinə çatan xidməti dayandırmaq hüququnu özümüzdə saxlayırıq.

Veb-host və Reseller planlarımızdakı bütün cPanel hesablarında 450.000 nod yumşaq və 500.000 (125%) nod sərt limit mövcuddur. Yumşaq limiti müvəqqəti olaraq 7 günə qədər aşmaq imkanı verilir ancaq bu göstərici yuxarı limit həddindən aşağı enməsə və/və ya sərt həddi keçsə hesabınıza əlavə faylların yazılması qadağan ediləcək və tam funksionallığın bərpası üçün məlumatların (faylların) silinməsi tələb olunacaqdır. Hesablama sistemlərində bir nod – UFS kimi ənənəvi Unix tərzi fayl sistemində məlumat quruluşudur. İnod adi bir fayl, qovluq və ya fayl sistemindəki başqa obyekt haqqında əsas məlumatları saxlayır. Bir nod 1 fayla bərabərdir.

Bütün cPanel host-qovşaqlarında göndərilən məktublar hər fərdi hesabda, saatda 500 e-poçt olmaqla məhdudlaşır. Bura həmçinin poçt siyahıları və PHP poçtlar da daxildir. Bu həddi əvvəlcədən xəbərdarlıq etmədən dəyişdirmə hüququnu özümüzdə saxlayırıq.

OUR Host tərəfindən təmin edilən SSH hüququ icazəsiz qovluqlara/ikili fayllara girişin və host-qovşağının zədələnməsinin qarşısını almaq üçün CloudLinux LVE tərəfindən izolyasiya olunur. Yerləşdirdiyiniz platforma üçün nəzərdə tutulmayan prosesləri quraşdırdığınız və ya işlətdiyiniz aşkar edilərsə, bu proseslər dayandırılacaq və SSH girişiniz ləğv ediləcəkdir. Ciddi və/və ya davamlı sui-istifadə halları hesabınızın bloklanmasına səbəb ola bilər.

Ehtiyat nüsxəsi

Bütün host-qovşaqlarında maksimal saxlama müddəti 7 gün olmaqla gündəlik ehtiyat nüsxəsi çıxarılır. Bu proses pik saatlarından kənar vaxtda baş verir və bu müddət ərzində serverin iş qabiliyyəti bir qədər zəifləyə bilər. Bu proses zamanı serverin iş qabiliyyətinin zəifləməsinə görə məsuliyyət daşımırıq. 100 GB və/və ya 300.000 noddan çox kvota istifadə edən hesablar, performansın aşağı düşməməsi və tapşırıqların vaxtında yerinə yetirilməsini təmin etmək üçün ehtiyat nüsxəsi prosesindən xaric edilir. Biz göstərilən kvotanı aşmış host hesabları üçün ehtiyat nüsxələrinin mövcudluğuna və onların bərpasına zəmanət vermirik.

Veb-host və reseller hesabları üçün bir istifadəçi hesabında 7 gündən yuxarı olan ehtiyat nüsxələr bizim qərarımıza əsasən serverdən silinə bilər.

İcazəsiz məlumatları serverlərimizdən xəbərdarlıq etmədən öz mülahizəmizə görə istədiyimiz vaxt silə biləcəyimizlə razılaşırsınız. Aşağıdakı növ faylları disk sahəsini həddindən artıq istifadə etdiyi və/və ya digər istifadəçilərə təsir göstərdiyini aşkar etdikdə silə bilərik:

  • cPanel və ya lokal saxlanılan kənar ehtiyat nüsxələri
  • Softaculous xidmətinə aid lokal ehtiyat nüsxələri
  • Softaculous “temp” ehtiyat faylları
  • CMS-ə aid ümumi lokal ehtiyat nüsxələri
  • CMS-ə aid ümumi “temp” faylları
  • CMS-ə aid ümumi hərəkət (loq) jurnalı
  • Həddindən artıq ölçülü xəta qeydləri


Veb saytın əsas funksiyaları üçün lazımsız hesab edilən və ya heç bir dəyərli məlumatı olmayan digər böyük fayllar.

VPS
Server resursları

Konteyner VPS platformamızda CPU, şəbəkə və disk I/O eyni qovşaqdakı digər istifadəçilər arasında paylanılır. Əgər VPS xidmətiniz uzun müddət ərzində bu resurslardan dayanmadan istifadə edirsə və/və ya host-qovşaqda yerləşən digər istifadəçilərin iş qabiliyyətinə mane olursa sorğu vasitəsi ilə istifadə resurslarınızın azaldılmasına dair sizə xəbər verəcəyik. Ağırlaşdırıcı hallarda Konteyner VPS xidmətiniz yenidən başladıla, söndürülə və/və ya dayandırıla bilər. Göndərilmiş sorğunu görməzdən gəlmək Konteyner VPS xidmətinin dayandırılmasına səbəb olacaq.

Texniki dəstək
Bütün VPS planları müştəri tərəfindən tam və hərtərəfli idarə edildiyi üçün biz yalnız aşağıdakı hallarda birbaşa köməklik göstərəcəyik:

  • Şəbəkə bağlantısı
  • ƏS Şablonu/ISO problemi
  • Server avadanlığı

Bu siyasətin qalan hissəsinə riayət edildiyi halda aşağıdakılar məqbuldur:

  • IRC *
  • Oyun serverləri **
  • Masaüstü mühitlər **
  • VPN serverləri
  • Torrent (kliyent/siderinizi 20 Mbps-dək məhdudlaşdırmalısınız)
Ayrılmış server
Məlumatların qorunması

Bütün ayrılmış serverlər ləğv edildikdə və ya fəaliyyəti dayandırıldıqda tərkibində olan məlumatlar avtomatik olaraq təhlükəsiz şəkildə silinir. Əvvəl mövcud olan məlumatların növbəti istifadəçi tərəfindən bərpa olunmamasını təmin etmək üçün bura həmçinin disklərin tamamilə sıfırlanması da daxildir.

Məhdudiyyətlər

Serverin daxili parametrlərini atlamaq, dəyişdirmək və/və ya pozmaq cəhdləri serverin əvvəlcədən xəbərdarlıq edilmədən dayandırılmasına səbəb olacaq. Bura iddir ancaq bunlarla məhdudlaşmır: BIOS-a daxil olmaq və ya IPMI idarəetmə elementlərinin dəyişdirilməsi.

Server aparat təminatının zədələnməsinə səbəb olan fəaliyyətlər qadağandır və serverin əvvəlcədən xəbərdarlıq edilmədən dayandırılmasına səbəb olacaqdır. Bura iddir ancaq bunlarla məhdudlaşmır: stres vasitə və alətləri.

Texniki xidmət
Bütün ayrılmış server planları müştəri tərəfindən tam və hərtərəfli idarə edildiyi üçün biz yalnız aşağıdakı hallarda birbaşa köməklik göstərəcəyik:

  • Şəbəkə bağlantısı
  • Server avadanlığı

* Şəbəkəmizə qarşı hücumlarla nəticələnən hər hansı bir fəaliyyət onun dayandırılması və/və ya ləğvi ilə nəticələnə bilər. ** Bu cür xidmətlər bir çox hallarda yetərincə CPU tələb etdikləri üçün istifadədə ehtiyatla davranmaq lazımdır.