Fərdi bloqqerlərdən startaplara və biznes müəssisələrə qədər - bizim host ən sadə tələbdən, ən yüksəyə qədər bütün ehtiyacları ödəmək üçün yaradılıb.
Haqqımızda
Biz Sizə onlayn qalmağa kömək edirik
Fərdi bloqqerlərdən startaplara və biznes müəssisələrə qədər - bizim host ən sadə tələbdən, ən yüksəyə qədər bütün ehtiyacları ödəmək üçün yaradılıb.

QISA İNFORMASİYA
OUR.Host – Azərbaycan Host Provayderi OUR Technology şirkətinin host və bu kimi server həllərini təqdim edən brendi olaraq 2015-ci ilin oktyabr ayında fəaliyyətə başlayıb. Bizim məqsədimiz Azərbaycanda veb-host, VPS/VDS, ayrılmış server kimi xidmətlərin ucuz və keyfiyyətli təminatının həyata keçirilməsidir. OUR.Host brendinin yaradılması ilə baza server həllərinə maksimal diqqət yetirməyə nail olduq.
2015-cu ildən bəri missiyamız Azərbaycan host bazarını sadə, hərtərəfli, asan anlaşılan host xidmətləri ilə təmin edə biləcəyimiz ən yaxşı müştəri dəstəyinə malik provayder olmaqdır.
Bu gün blogerlərdən tutmuş, individual tələbə malik şirkətlərə qədər öz vebsayt və xidmətlərini bizə həvalə edən yüzlərlə müştəri var.
Bütün məlumatlar – veb-sayt, bloq, forum, oyun platforması, elektron ticarət biznesi, İnternetdə olan korporativ İT-infrastruktur – demək olar ki, hər sahəyə aid qaynaq etibarlı və güvənli məlumat emalı mərkəzlərində, serverlər adlanan nəhəng kopyuterlərdə yerləşir. Bizim kimi şirkətlər bu cür mürəkkəb İKT infrastukturunu özündə yerləşdirir və onlara xidməti təşkil edir. Bununla da xüsusi texniki biliyə malik olmayan insanlar öz vebsayt və biznesinin qlobal İnternet şəbəkəsində necə işləməsindən narahat olmurlar. Bizim vəzifəmiz bu işin mümkün qədər asan, rahat, anlaşılan və etibarlı həyata keçirilməsidir.
Biz qarşımızda konkret məqsəd qoymuşuq – yalnız bir iş görmək və bu işi keyfiyyətli etmək.
Avadanlıqlarımız Azərbaycan, Niderlandın və Birləşmiş Krallığın aparıcı data-mərkəzlərində yerləşdirilib.
Host xidmətlərinin təşkili zamanı RAID qurğuları ilə güclü server platformalarından istifadə edirik.
Biz xidmətlərin iş fəaliyyətinə mənfi təsir göstərəcək yüklənmə dərəcələrinə daima nəzarət edirik.
99.9% aptaym (uptime) mərhələsinə zəmanət veririk.
Biz Sizin sayt, layihə və xidmətlərinizin İnternetdə yerləşdirilməsi üçün host qaynaqlarını təklif edirik. Ən əsas aspektlərdən biri peşəkarlıqdır. Hər bir sorğu, hər bir müraciət xüsusi diqqətlə analiz edilir və həlli üçün texniki heyət cəlb olunur. Biz texniki və bu kimi xidmətə zəmanət veririk.
Xidmətlərimizdən müxtəlif müştərilər yararlanır: veb-proqramçı və dizayn studiyaları, yeni başlayan internet-sahibkarlar, oyun serverləri və iri şirkətlərin sahibləri. Serverlərdə yerləşdirilməsini təmin edə bilmədiyimiz internet-layihəsi yoxdur. Onlarla insan OUR.Host-un xidmətlərini seçib.
Biz inanırıq ki, müştərilərimiz sırasına Siz də üzv olacaqsınız!
Bizim serverlər ən müasir data mərkəzlərdə yerləşdirilib
Sizə məxsus veb-qaynaqlar ölkənin ən etibarlı host provayderində yerləşəcək. Hər gün onlarla istifadəçi öz xidmətlərini bizə həvalə edirlər
Biz özümüzü Azərbaycan Host Provayderi olaraq ölkənin ən aparıcı və ilk özəl host provayderi olaraq mövqeləndiririk və bu adı qorumaqdayıq

Bakı, Azərbaycan

Amsterdam, Niderland

London, Birləşmiş Krallıq
Nəyə görə biz?
Ölkənin ilk host provayderlərdən biri kimi biz hər bir müştərimiz ilə birlikdə inkişaf edirik. Bizi aparıcı host provayder edən bu yanaşmadır.

Ən çox tövsiyə olunan
Biz özümüzü Azərbaycan Host Provayderi olaraq ölkənin ən aparıcı və ilk özəl host provayderi olaraq mövqeləndiririk və bu adı qorumaqdayıq.

Geniş imkanlar
Tələb nə olursa olsun; ehtiyaclarınıza, büdcənizə və tələblərinizə uyğun geniş bir çeşiddə xidmətlərimiz mövuddur

Aparıcı partnyorluq
İstifadə etdiyimiz proqram təminatı ən aparıcı texnoloji şirkətlərlə partnyorluq çərçivəsində bizim server iş stansiyalarımıza tətbiq edilir

2007-ci ildən çalışırıq
Biz 17 ildən artıqdır ki, İKT sahəsində çalışırıq və 2015-ci ildən etibarən müştərilərimizin daima onlayn qalmaqda yardımçı oluruq

İstifadəsi rahat və asan
Məqsədimiz rahatlıq və əlçatanlıqdır - xidmətlərimizi çox rahat və tam avtonom, operatorun yardımına ehtiyac olmadan özünüz idarə edə bilərsiniz

Yüksək iş qabiliyyəti
Yüklənmənin optimallaşdırılması sahəsində böyük işlər görmüşük. Biz xüsusi monitorinq proqramları, sürətli şəbəkə və hamı üçün açıq olan aptaym nəzarət səhifəsinə malikik
Maliyyə Stabilliyi Şurası
Biz GPLEI qeydiyyatına malikik və kontragentlər üçün bütün lazımı informasiyanı beynəlxalq səviyyədə və açıq şəkildə nümayiş edirik

Müştəri xidmətləri
Bizim texniki xidmət mütəxəssislərimiz 24x7 Sizin suallarınızı cavablandıracaq

Açıq maliyyə
Xidmətlərimizi əldə edərkən heç bir gizli ödəmə edilmir və biz istehlakçıların hüquqlarına hörmətlə yanaşaraq 14 gün ərzində geri ödəməni həyata keçiririk
Bizdən nə deyirlər?

Bizim missiyamız
Biz öz müştərilərimizi uğura aparan yolda müşayiət etmək üçün çalışırıq. Bizim missiyamız ilk gündən etibarən yüksək keyfiyyətli, etibarlı və təhlükəsiz xidmət göstərməkdir

Müştəri məmnuniyyəti
Biz öz müştərilərimizlə uzun müddətli əlaqələrdə maraqlıyıq. Buna görə də müştərinin layihəsi üçün individual xidmət göstərərək onlardan hər birinə xüsusi yanaşdığımızı nümayiş etdirməyə çalışırıq.

İnnovasiyalar
Biz inanırıq ki, məşğul olduğumuz sahə tərəqqiyə xidmət edir. Buna görə də daima artan təcrübəmizə arxalanaraq biz hər dəfə yeni nəsil texnologiyaları tətbiq edirik.

Yerli və güvənli
Biz rəsmi fəaliyyət göstərən və aidiyyatı sənədlərə malik Azərbaycan host provayderik. Ofis Bakıda yerləşir və hər zaman Sizə əlçatandır.
Ofis
OUR Technology MMC
C.Cabbarlı 40
Caspian Business Center
AZ1175. Bakı, Azərbaycan.
Çağrı mərkəzi
Telefon: +994 12 599 0858
B.e-C: 09:00-19:00 (AZT)
Şənbə: 09:00-18:00 (AZT)
Yazın
Satış şöbəsi: [email protected]
B.e-C: 09:00-17:00
Texniki şöbə: [email protected]
24/7 ərzində xidmət: