(+994 12) 599 08-58 | [email protected]

OUR Host - Azerbaijan Hosting Provider

Yeni sayt

Zahiri görünüş daha səliqəli və gözoxşayan, məlumatlar isə daha geniş və dəqiq oldu. Artıq Siz saytda özünüz üçün lazım olan informasiyanı daha sürətli tapa və xidmətlərdən daha geniş yararlana bilərsiniz. Saytın naviqasiya sistemi tamamilə yenidən işlənilmiş və yeni müştəri paneli istifadəyə verilmişdir. Yeni saytın strukturu və dizaynı yaradılarkən biz çağdaş dövrümüzün tələblərindən irəli gəlmişik. OUR Host hər zaman öz müştərilərinə qayğı ilə yanaşır və daim modernizasiya işləri aparır. Biz çalışırıq ki, həm aparat vasitələri həm də müştəri paneli Sizin üçün maksimum rahat, lakonik və etibarlı olsun. 

Bundan əlavə yeni saytın buraxılması ilə əlaqədar OUR Host yeni kampaniya elan edir. Bu gündən etibarən gələn sentyabr ayının 12-nə kimi istənilən veb hostVPS paketini sifariş edin və 20% endirim qazanın. Bunun üçün müvafiq paketi seçdikdən sonra endirim kodu bölməsindəki promokod xanasına #yenisayt kodunu daxil edin və endirimdən yararlanın! 

Saytın yeni versiyasının buraxılması ilə bərabər biz xeyli yeniliklər gətirməyə çalışmışıq. Ümid edirik ki, 2024-cü ildə biz birlikdə daha da böyük nailiyyətlər əldə edəcəyik.

Bu yeniliklərlə Sizə göstərilən host xidmətinin daha da innovativ və yararlı olacağına inanırıq!

Share this Post