Yandex Kassa

Onlayn mağazanın yaradılması ehtimal ediləndən daha asandır!

Veb-texnologiyalarının Azərbaycanda yüksək templə inkişaf etməsinə baxmayaraq, çoxları hələ də əmindirlər ki, öz internet-biznesini yaratmaq çox çətindir. Biz özünüzə məxsus onlayn-mağazanı və ya hər hansı bir digər kommersiya saytını asanlıqla və tez bir zamanda necə yarada biləcəyinizi sizə addım-addım izah edəcəyik.

Saytınız üçün 3 addım

1. Domenin qeydiyyatı. Bu gün istənilən sayt və biznes domen qeydiyyatı ilə başlayır. Müxtəlif zonalar üzrə seçim nəhəngdir: siz elə bir domen qeydiyyatdan keçirə bilərsiniz ki, öz fəaliyyət sahənizi tam əks etdirsin. Məsələn, əgər siz kofe və ya bu içki üçün müxtəlif aksessuar satışı ilə məşğul olursunuzsa o zaman sizə ən uyğun .COFFEE domenidir. Bununla bərabər dəbli geyim və ayaqqabı internet-mağazası üçün ən yaxşı seçim .BOUTIQUE domenidir.
Nəzərinizə çatdırmaq istəyirik ki, OUR Host-da domen axtarışı zamanı sistem özü də həmçinin sizə ada görə müxtəlif uyğun variantlar təklif edir.

2. Saytın yaradılması. Burada da sizin seçiminiz var: ən sadə yolla da gedib konstruktorda sayt yarada və ya hər-hansı bir hazır CMS-dən istifadə edə, eləcə də veb-studiyaya müraciət edə bilərsiniz. Hər şey malik olduğunuz vəsaitdən asılıdır: əgər maddi baxımından büdcə çatışmırsa və ən qısa vaxt kəsiyində işə başlamaq istəyirsinizsə bu zaman sayt konstruktorundan yararlana bilərsiniz.

3. Məzmunun əlavə edilməsi. Əlbəttə mətnləri siz özünüz də yaza və məhsullarınız üçün gözəl şəkillər çəkə bilərsiniz. Ancaq yenə də bu cür işi peşəkarlara həvalə etmək tövsiyyə olunur. Mütəxəssis tapmaq üçün adətən frilans-birjalardan və ya veb-studiyalardan istifadə edilir.

Son ştrixlər

Domen, məzmun və platformadan əlavə həmçinin saytın mühafizəsini də düşünmək önəmlidir. Ona görə də SSL-sertifikatSiteLock xidmətlərini də əldə etməyi məsləhət edirik. Birinci istifadəçi brauzeri ilə hostunuz arasında məlumatları şifrələyəcək, ikincisi isə saytınızı zərərli proqram təminatından qoruyacaqdır.

 



 Cümə, İyul 26, 2019



<< Geri