Ödəniş qaydaları

Təklif etdiyimiz xidmətlərin ödənişi bir neçə variantda - Plastik kart, Yandex.Money Bank köçürməsi (AZN/USD) vasitəsilə reallaşdırılır. Əvvəlcə saytda qeydiyyatdan keçərək istədiyiniz xidməti hesabınıza əlavə edin, bu zaman müvafiq məbləğə uyğun olan ödəmə tapşırığı yaradılacaqdır (hesab faktura #123456).

Plastik kart - bu ödəmə növü həm rezident, həm də qeyri-rezident müştərilər üçün nağdsız və tamamilə faizsiz olaraq xidmətinizi ödəməyinizə imkan verir. Plastik kart ödəmə növünü seçərək dünyanın istənilən bankı tərəfindən buraxılmış Visa və MasterCard kartları vasitəsilə xidmətinizi istənilən valyutada sərbəst ödəyə bilərsiniz. Elektron ödəmə sistemi ən aparcı təhlükəsizlik standartı - 3D Secure ilə təchiz edilib.

3D Secure Visa "Verified by Visa" və MasterCard-ın "MasterCardSecureCode" qlobal proqramının bir hissəsidir.

Yandex.Money - Yandex xidmətində cüzdana sahib olan müştərilər öz fakturalarını elektron pul qabları vasitəsilə ödəyə bilər. Bu xidmət özündə iki ödəmə növünü birləşdirir:

  • Cüzdan - bilavasitə Yandex.Money-də hesaba maliksinizsə e-pul qabı vasitəsilə ödənişi həyata keçirə bilərsiniz.
  • Plastik kart - əgər hər-hansı plastik kartınız cüzdana bərkidilibsə ödəməni bu kart vasitəsilə də həyata keçirə bilərsiniz.

Bank köçürməsi (AZN və ya USD) - bu ödəmə qaydasını seçdikdə, şirkətin rekvezitləri göstərilir və ödəməni verilmiş rekvezit ünvanına köçürülməsi xahiş edilir. Köçürmə başa çatdıqdan sonra (adətən 2-5 iş günü müddətinə) xidmət aktivləşdirilir. Əsasən şirkətlər və bank köçürməsi ilə ödəniş etmək istəyən qeyri-rezidentlərlər üçün yararlıdır.

Bank köçürməsindən başqa digər ödəmə aqreqatları üzərindən aparılan ödənişlər qəbul edildiyi andan etibarən dərhal (ani) aktivləşdirilir.

Plastik kart və müvafiq olaraq bank köçürməsindən savayı digər ödəmə növlərinə faiz əlavə edilir. Bu faiz həmin ödəmə aqreqatının bizimlə əməkdaşlığı çərçivəsində müəyyən edilərək fakturaya avtomatik əlavə edilir. Ödəmə növü müvafiq olaraq plastik kart və ya bank köçürməsinə əvəz edildikdə avtomatik olaraq ləğv edilir. 

  • 30 istifadəçi bunu faydalı hesab edir
Bu cavab sizə kömək etdi?

Uyğun məqalələr

Xidmətlərin aktivləşmə müddəti

Vahid kassa (nağd/nağdsız/elektron) və xarici kartlarla ödəniş vasitəsilə ödənilən istənilən...