OUR.Host - Azərbaycan Hostinq Provayderi OUR Technology şirkətinin host və bu kimi server həllərini təqdim edən brendi olaraq 2015-ci ilin oktyabr ayında fəaliyyətə başlayıb. Bizim məqsədimiz Azərbaycanda veb-hostinq, VPS/VDS, ayrılmış server kimi xidmətlərin ucuz və keyfiyyətli təminatının həyata keçirilməsidir. OUR.Host brendinin yaradılması ilə baza server həllərinə maksimal diqqət yetirməyə nail olduq.
Biz qarşımızda konkret məqsəd qoymuşuq – yalnız bir iş görmək və bu işi keyfiyyətli etmək.
Biz Sizin sayt, layihə və xidmətlərinizin İnternetdə yerləşdirilməsi üçün hostinq qaynaqlarını təklif edirik. Ən əsas aspektlərdən biri peşəkarlıqdır. Hər bir sorğu, hər bir müraciət xüsusi diqqətlə analiz edilir və həlli üçün texniki heyət cəlb olunur. Biz texniki və bu kimi xidmətə zəmanət veririk.
Xidmətlərimizdən müxtəlif müştərilər yararlanır: veb-proqramçı və dizayn studiyaları, yeni başlayan internet-sahibkarlar, oyun serverləri və iri şirkətlərin sahibləri. Serverlərdə yerləşdirilməsini təmin edə bilmədiyimiz internet-layihəsi yoxdur. Onlarla insan OUR.Host-un xidmətlərini seçib. Ümid edirik ki, Siz də onlardan biri olacaqsınız.
Biz inanırıq ki, müştərilərimiz sırasına Siz də üzv olacaqsınız!
Domen qeydiyyatı
Məmnun müştəri
Layihə
Data mərkəz
Biz öz müştərilərimizi uğura aparan yolda müşayiət etmək üçün çalışırıq. Bizim missiyamız ilk gündən etibarən yüksək keyfiyyətli, etibarlı və təhlükəsiz xidmət göstərməkdir
Biz öz müştərilərimizlə uzun müddətli əlaqələrdə maraqlıyıq. Buna görə də müştərinin layihəsi üçün individual xidmət göstərərək onlardan hər birinə xüsusi yanaşdığımızı nümayiş etdirməyə çalışırıq.
Biz inanırıq ki, məşğul olduğumuz sahə tərəqqiyə xidmət edir. Buna görə də daima artan təcrübəmizə arxalanaraq biz hər dəfə yeni nəsil texnologiyaları tətbiq edirik.
Biz rəsmi fəaliyyət göstərən və aidiyyatı sənədlərə malik Azərbaycan host provayderik. Ofis Bakıda yerləşir və xidmətlərin ödənişi zamanı müştəriyə heç bir ƏDV hesablanmır.