(+994 12) 599 08-58 | [email protected]

OUR Host - Azerbaijan Hosting Provider

Şəbəkədə məlumatların qorunması nəyə görə vacibdir?

İstifadəçi haqqında məlumat xüsusi dəyərli qaynağa çevrilib: şirkətlər öz xidmətlərini tətbiq etmək üçün nəinki fərdi məlumatları aktiv şəkildə toplayırlar, həmçinin bu məlumatları analitika və təkliflərin xüsusiləşdirilməsi üçün geniş istifadə edirlər. Və əgər təmiz və düzgün şirkət və təşkilarlar bu kimi məlumatları yalnız istifadəçinin razılığı ilə və qanunvericiliyin tələb etdiyi formada etdikləri halda, cinayətkar dairələr istifadəçiyə aid məlumatların alınması üçün bütün mümkün qeyri-qanuni yollara əl atırlar. Bu məqalədə həmin dairələrdən öz məlumatlarınızı necə qoruya biləcəyiniz haqqında məsləhətlər toplamışıq:

Sosial şəbəkələr

  1. Profilin məxfilik ayarlarına diqqətlə fikir verin
  2. Kənar saytlarda öz şəxsi sosial şəbəkə profili ilə eyniləşdirmə (avtorizasiya) etməyi tələsməyin. Saytı diqqətlə incələyin və dələduz olmadıqlarına əmin olduqdan sonra bu prosesi həyata keçirin.
  3. Yalnız mürəkkəb şifrələr təyin edin.
  4. Açıq məlumat sahəsində qəbz və biletlərinizin şəkillərini yerləşdirməyin.
  5. Daxili xəzinədə (və ya yazışmada) özünüzə aid vacib sənəd və ya pasportun skanını saxlamayın.

Emal qaydası

Şəxsi məlumatlarınızı üçüncü şəxslərə təqdim etməzdən əvvəl, şirkətin hansı məqsədlər üçün məlumat topladığını, məlumatların kimə ötürülə biləcəyini və nə üçün istifadə etdiyini öyrənin. Emal məqsədləri aydın şəkildə ifadə edilməlidir və məlumatların toplanması üçün formaların istifadəsi halında hər hansı bir saytın dəqiq İŞ siyasəti olmalıdır.

OUR Host – Azərbaycan Host Provayderinin Sizə aid şəxsi məlumatlarınızın emalını necə və nə məqsəd üçün həyata keçirdiyi haqqında öyrənmək istəyirsinizsə  bizim İstifadəçi Şərtləri ilə tanış ola bilərsiniz.

Sayta daxil olarkən və ya şəxsi məlumatlarınızı daxil edərkən, təhlükəsiz məlumat ötürülməsi protokolunun hansı qaynaqda tətbiq olunduğuna diqqət yetirin: HTTP və ya HTTPS. HTTPS protokolu olmayan vebsaytdan bir şey satın almaq üçün məlumatlarınızı daxil etməzdən əvvəl bir neçə dəfə diqqətlə düşünün – standart HTTP protokolu ilə cinayətkarlar Sizin məlumatlarınızı ələ keçirə bilərlər. Sayt sahibləri öz saytlarının nüfuzuna diqqət yetirməli, istifadəçilərin bu saytın etibarlı qaynaq olduğundan əmin olmasını təmin etməlisiniz. Sizin biznesə olan inam və onun nüfuzunuz bundan asılıdır.

Fərdi məlumatların emalı haqqında qaydaları xatırlayın və HTTPS-bağlantını təmin etmək üçün ₼30.99 manatdan başlayaraq istənilən ölçülü veb-qaynaq üçün güclü SSL sertifikat əldə edin.

Share this Post

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir