HOST XİDMƏTİNİN GÖSTƏRİLMƏSİ MÜQAVİLƏSİ

Host xidmətlərinin göstərilməsinə dair
MÜQAVİLƏ № _____


Bakı şəhəri /___/__________/_____ il

Bir tərəfədən bundan sonra “Provayder” adlanacaq Azərbaycan Respublikası qanunları əsasında fəaliyyət göstərən “OUR Technology” MMC, Nizamnamə əsasında fəaliyyət göstərən İcraçı direktoru Orxan Quliyevin şəxsində, digər tərəfdən bundan sonra “Abunəçi” adlanacaq “Şirkət” MMC, Nizamnamə əsasında fəaliyyət göstərən «___________» Direktoru «______________» şəxsində aşağıdakı şərtlərlə bu Müqavləni bağlayırlar.


1. MÜQAVİLƏNİN PREDMETİ

1.1 Bu Müqavilənin predmetini Müqavilənin ayrılmaz hissəsi olan 1 saylı Əlavəsinə (Qiymətlərin razılaşdırılması protokoluna) uyğun olaraq Sifarişçiyə Provayderin xüsusi avadanlıqlarla təchiz edilmiş texniki sahəsində yerləşən, kəsintisiz elektrik enerjisi və İnternet şəbəkəsinə çıxışı ilə təmin edilən və Sifarişçinin veb-səhifələrinin və İnternet resurslarının yerləşdirilməsi üçün nəzərdə tutulmuş Provayderə məxsus veb-hostinq, VPS/VDS və ayrılmış serverin icarəyə verilməsi ilə əlaqədar münasibətlərin tənzimlənməsi təşkil edir.

2. XİDMƏTİN QİYMƏTİ VƏ ÖDƏNİŞ ŞƏRTLƏRİ
2.1 Bu Müqavilə üzrə göstəriləcək hostinq xidmətinin aylıq istifadə haqqı bu Müqaviləyə 1 saylı Əlavəsi olan Qiymətilərin Razılaşdırılmsı Protokolu ilə müəyyənləşdirilir.
2.2 Sifarişçi tərəfindən keçirilən testlərin nəticəsinin müsbət olduğu yazılı sürətdə (e-mail vasitəsi ilə təstiq edildiyi tarixdən xidmət haqqı hesablanmağa başlayır. Bu cür təstiqləmə 3 (üç) gün ərzidə göndərilmədiyi halda hostinq xidməti Sifarişçi tərəfindən qəbul olunmuş hesab olunacaq.
2.3 Hostinq xidməti üçün istifadə edilən İnternet trafikinin giriş və çıxış nisbəti 1:1 olmalıdır. Bu nisbət giriş trafikinin artması istiqamətində pozulması təqdirdə trafik haqqı Müqaviləyə 1 saylı Əlavəsində olan Qiymətlərin Razılaşdırılması Protokolu ilə müəyyənləşdirilmiş tariflərə uyğun hesablanacaq.
2.4 Aylıq xidmət haqqının ödənişi əvvəlcədən aparılır. Ödəniş hesab-fakturanın təqdim edildiyi tarixdən 10 (on) gün ərzində həyata keçirilməlidir.
2.5 Provayder tərəfindən e-mail vasitəsi ilə göndərilən hesab-faktura kağız formasında hesab-fakturanın əslinin ekvivalenti hesab edilir və xidmət haqqının ödənişinin aparılması üçün tam hüququlu əsasdır.
2.6 Ödənişlər yalnız nağdsız qaydada və ya Provayderin İnternet səhifəsində yerləşən Onlayn ödəmə sistemi üzərindən Müqavilənin 1 saylı Əlavəsində (Qiymətlərin Razılaşdırılması Protokolunda) qeyd edilmiş valyutada aparılır.

3. TƏRƏFLƏRİN HÜQUQ VƏ ÖHDƏLİKLƏRİ
3.1 Sifarişçinin hüquq və öhdəlikləri
3.1.1 Müqavilənin şərtləri və 1 saylı Əlavəsinə uyğun olaraq keyfiyyətli hostinq xidmətlərinin təmin edilməsini tələb edir.
3.1.2 Sifarişçi hostinq xidmətinin OUR Technology MMC tərəfindən verilməsini və texniki təminatın göstərilməsini ona məxsus saytlarda və reklam materiallarda qeyd edə bilər.
3.1.3 Qəbul aktını imzalamaqla hostinq xidmətini qəbul edir.
3.1.4 Provayderin mütəxəssislərinin göstərişlərinə və Provayder tərəfindən təyin edilmiş hostinq xidmətindən istifadə qaydalarına əməl edir.hostinq xidmətindən istifadə qaydaları bu Müqavilənin ayrılmaz hissəsidir və həmin qaydalara əməl edilməməsi Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi kimi qəbul ediləcəkdir.
3.1.5 Sifarişçi Provayder tərəfindən təqdim olunan hostinq xidmətlərdən Azərbaycan Respublikası və beynəlxalq qanunlara uyğun istifadə edir. Azərbaycan Respublikası qanunvericiliyinə və beynəlxalq hüquq normalarına zidd olan məlumatları İnternet şəbəkəsində yayımına yol vermir. Rabitə xidmətlərinin göstərilməsi və qəbul edilməsi qaydalarına əməl edir.
3.1.6 İcazəsiz Provayderin resurslarına və digər İnternet şəbəkəsi üzərindən daxil oluna biləcək sistemlərə daxil olmur, digər xidmət istifadəçilərinin Provayderin resurslarına və sistemlərə daxil olmasına mane olmur və daxil olma imkanlarını məhdudlaşdırmır.
3.1.7 Tərkibində virus və ya viruslara bərabər komponentləri olan hər hansı məlumat və ya proqram təminatını yayımlamır.
3.1.8 Elektron məktublarnın və digər məlumatların alıcıları ilə razılaşdırılmış Kommersiya və ya digər xarakterli elektron məktubları göndərmir. SPAM-ı (reklam xarakterli SPAM daxil olmaqla) sifariş etmir, göndərmir və təklif etmir. SPAM-ın yayılması faktı Sifarişçinin istifadəsində olan serverdə aşkarlanarsa, Sifarişçi SPAM resursunu 6 saat ərzində ləğv etməlidir.PROXY, VPN və ya tuneller yerləşdirilmir. Qlobal İRC sistemlərinə şəxsi İRC, İRC daemons, İRC bouncers, İRC proxies) xidmətlərinin qoşulması qadağandır. Hər hansı növdə bit-torrent/P2P fəaliyyəti qadağandır.
3.1.9 İnternet şəbəkəsinin resurslarının ümumi qəbul edilmiş istifadə normalarına zidd olan və ya Provayderin rabitə şəbəkəsinin bütövlüyünə təhlükə yaradan hərəkət etmir.
3.1.10 hostinq xidməti yalnız öz daxili təlabatları üçün istifadə edir və 3-cü tərəfin istifadəsinə verilməsinin qarşısını alır.
3.1.11 Sifarişçi Provayder tərəfindən göstərilən xidmətlərin dəyərinin ödənilməsinin gecikdirilməsinin hər 1( bir) günü üçün gecikdirilmiş məbləğin 0.1% (hesab-faktura göstərilən ümumi məbləğin 10%-nə qədər ) həcmində penya ödəyəcəkdir.
3.1.12 Cari Müqavilənin 3.1.2-3.1.11. bəndləində göstərilən hallara zidd hərəkətlər və ya hallar baş verdikdə, hostinq xidmətinin kəsilməsinə görə Provayder cavabdehlik daşımır və bu cür pozuntular nəticəsində yaranan bütün əlavə xərclər Sifarişçi tərəfindən ödənilir. hostinq xidmətinin dayandırlıdığı dövr üçün xidmət haqqı Sifarişçi tərəfindən ödənilir.
3.1.13 Cari Müqavilə əsasında hostinq xidmətinin təmin edilməsi üçün Provayder tərəfindən ayrılmış İP ünvanları hostinq xidməti dayandırlıdıqdan sonra geri qaytarır.
3.1.14 Sifarişçi ləğv olunduqda və ya hüququ ünvanını dəyişdikdə Provaydera dərhal məlumat verir.
3.1.15 Provayder tərəfindən göndəriləcək Aylıq Xidmət Aktlarının 10 (on) iş günü ərzində imzalı, möhürlənərək geriyə qaytarılmaısnı təmin edir. Əgər Hesab-faktura və ya Aktda hər hansı ziddiyətli məlumat əks olunarsa, Sifarişçi qeyd olunmuş sənədlərin alınması tarixindən etibarən 7 ( yeddi) iş günü ərzində Provaydera yazılı müraciət etməlidir. Qeyd olunmuş müddət ərzində yazılı müraciət olunması qeyd olunmuş Hesab-faktuta və Akt Sifarişçi tərəfindən qəbul olunmuş hesab edilir.
3.1.16 Serverdə yerləşdiriləcək Sifarişçiyə məxsus məlumatların təhlükəsizliyini,modifikasiyasını (əməliyyat sisteminin tərkibində olan zədələri, hər hansı qoşulduğu proqram təminatında ola biləcək xətaların aradan götürülməsini ), hostinq xidməti üçün hər-hansı proqram təminatının lisenziya alınmasını müstəqil qaydada təmin edir.

3.2 Provayderin hüquq və öhdəlikləri:
3.2.1 Bu Müqavilənin imzalandığı gündən 1 (bir) iş günü müddətində hostinq xidmətini Sifarişçiyə Qəbul aktı əsasında təqdim edir.
3.2.2 1 saylı Əlavəsində nəzərdə tutulmuş xidmətlərin fasiləsiz təqdim edilməsini təmin edir.
3.2.3 Provayder Sifarişçinin adını və ya domenin adını öz saytında və reklam materiallarında yerləşdirə bilər.
3.2.4 Sifarişçini 24 saat əvvəl e-mail vasitəsi ilə xəbərdar etməklə profilaktik tədbirlərin görülməsi üçün xidməti müvəqqəti dayandıra bilər.
3.2.5 Hostinq xidmətinin təmin edilməsi üçün 1 ədəd İP Unvan ayırır. İp ünvan Provayderin mülkiyyətində qalır.
3.2.6 Provayder ona məxsus olmayan avadanlığın sıradan çıxması üzündən və Provayderin günahı olmadan informasiyanın ötürülməsi və ya əlaqədə baş verən problemlər nəticəsində hostinq xidmətindən istifadə mümkün olmadığı halda Provayder Sifarişçi qarşısında məsuliyyət daşımır.
3.2.7 Provayder Sifarişçi tərəfindən yerləşdirilən informasiyaya görə və hostinq xidmətinin bilavasitə və ya dolayısı ilə istifadəsi ilə əlaqədər baş verən hər hansı ( o cümlədən Sifarişçinin üçüncü şəslərə vurduğu ziyana) xərclərə və ziyana görə məsuliyyət daşımır.
3.2.8 Azərbaycan Respublikasının aidiyyatı dövlət qurumlarının qanunvericiliklə müəyyənləşdirilmiş qaydada verilmiş yazılı sorğuları əsasında məlumat verilməsi halları istisna olmaqla, Provayder tərəfindən təqdim ediləcək hostinq xidmətinin tərkibində olan informasiyanın Provayder tərəfindən gördüyü işlər nəticəsində hər-hansı 3-cü tərəfə açılmamasına zəmanət verir.
3.2.9 Öz texniki sahəsində hostinq xidmətinin fasiləsiz təqdim edilməsi üçün lazimi şəraiti təmin edir (ətrafın hərəkəti, elektrik enerjisinin təchizatı,avadanlıqların qorunması).
3.2.10 Provayder Abunəçiyə aid olan məzmun və materialları tarif planının parametrlərinə əsasən özünün bir və ya bir neçə server platformasında yerləşdirə bilər. Server platformaları güzgülərlə bərabər paylanılıb. Provayder veb-hostinq tariflərində abunəçinin hostinqini məqbul bildiyi platformaya yerləşdirməsi hüququna malikdir.
3.2.11 Provayder abunəçiyə aid xidmətin qapanmasına 14 gün qalmış toplam 3 dəfə olmaqla elektron poçt göndərərək xidmətin ödənilmədiyi halda qapanacağı barədə xəbərdar edir. Ödəniş edilmədiyi halda, xidmət qapandığı andan etibarən Provayder abunəçiyə məxsus xidmətinin istənilən vaxt silmək hüququnu özündə saxlayır.

4. ƏLAVƏ SİFARİŞ
4.1 Provayder tərəfindən təmin olunan hostinq xidmətlərinin həcmi və sayı Sifarişçinin yazılı müraciəti əsasında Qiymətlərin Razılaşdırma Protokoluna uyğun artırıla bilər. Bu halda Qiymətlərin Razılaşdırılma Protokoluna hər iki tərəfin imzası ilə müvafiq dəyişikliklər edilir.

5. MÜQAVİLƏNİN BİTMƏSİ VƏ YA LƏĞV OLUNMASI
5.1 Müqavilə imzalandığı gündən 1 (bir) il müddətində qüvvədədir. Tərəflərdən biri Müqavilənin müddətinin qurtarmasına 30 (otuz) gün qalmış onun ləğv olunması haqqında təklif verməzsə, Müqavilə növbəti 1 (bir) il müddətinə uzadılır.
5.2 Sifarişçi bütün təqdim olunmuş hesablar üzrə ödənişlərin vaxtında aparılması şərti ilə Provaydera 60 (altmış) gün qabaqcadan xəbərdarlıq edərək xidmətdən imtina edə bilər.
5.3 Tərəflərdən hər-hansı biri Müqavilə üzrə öhdəliklərini pozarsa və edilən xəbərdarlığa baxmayaraq icra etməzsə digər tərəf Müqaviləni dərhal ləğv edə bilər.
5.4 Müqavilənin hər hansı səbəbdən ləğv olunması Tərəfləri icra edilmiş öhdəliklərin icrasından azad etmir.

6. MÜBAHİSƏLƏRİN HƏLL EDİLMƏ QAYDASI
6.1 Bu Müqavilənin icrası və ləğvi zamanı baş verə biləcək bütün mübahisələr tərəflər arasında danışıq yolu lə həll edilir
6.2 Mübahisələr danışıq yolu ilə nizama salınmadıqda Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll edilir.
6.3 Hər bir tərəf bu Müqavilə üzrə öhdəliklərini icra etməməsinə görə digər tərəfə dəymiş zərəri tam həcmdə ödəməlidir.

7. MƏXFİLİK
7.1 Müqavilənin icrası ilə əlaqədar açıqlanan bütün texniki,maliyyə,inzibati və digər məlumatlar məxfi hesab edilir və həm Provayder həm də sifarişçi tərəfindən məxfi saxlanmalıdır.
7.2 Qeyd olunmuş məlumatlar hər hansı səbəbə görə yayması onu yaymış tərəfı məsuliyyətə cəlb etmək üçün əsasdır. Hər hansı məlumatın açıqlanması yalnız məlumatı açıqlanan Tərəfin yazılı razılığı ilə hayata keçirilə bilər.

8. FORS-MAJOR
8.1 Müqavilə bağlandıq sonra, Tərəflərin nə əvvəlcədən görə bilmədikləri, nə də görülə biləcək tədbirlərə təsir etməyə qadir olmadıqları hadisələr nəticəsində qarşısıalınmaz qüvvə şəraiti yarandıqda və bu səbəbdən Müqavilə üzrə öhdəlikləri qismən və ya tamamilə yerirə yetirilmədikdə Tərəflər məsuliyyətdən azad edilirlər.
8.2 Qarşısıalınmaz qüvvə hallarına o hadisələr aiddir ki, Tərəflər onlara təsir göstərə bilmir və onların meydana gəlməsi üçün məsuliyyət daşımırlar, məsələn, zəlzələ, daşqın, yanğın, habelə tətil, dövlət orqanlarının qərarları, eləcə də qəzalar bu Müqavilənin yerinə yetirilməsinə mane olan hər hansı xarakterli hərbi əməliyyatlar, terror aktlar.
8.3 Qarşıalınmaz qüvvə hallarına istinad edən Tərəf bu halların baş verdiyi haqqında Digər Tərəfə dərhal yazılı məlumat verməlidir.
8.4 Əgər öhdəlikləri yerinə yetirilməməsi 6 aydan çox davam edərsə, hər bir tərəf digər tərəfə bildirməklər Müqaviləni birtərəfli ləğv hüququna malikdir.

9. TEXNİKİ DƏSTƏK
9.1 Sifarişçiyə texkini yardım hər gün 24 saat ərzində elektron sorğu və ya [email protected] elektron poçtu ilə göstərilir.
9.2 Provayder göstərilər xidmətlərin keyfiyyətinin aşağı düşməsi, kəsintilərin və nasazlıqların aradan qaldırılmaıs üçün tədbirlər görəcəkdir.
9.3 Sifarişçi Provayderin istismar xidmət bölməsinə xidmətin zərurəti haqqıda dərhal xəbər verir. Provayder Sifarişçinin müraciətinin vaxtını qeydiyyata alır,nasazlığın səbəbini aydınaşdırır və onun aradan qaldırılması üçün lazimi tədbirlər görür. Provayder həmçinin Sifarişçinin onun müraciıti (tələbi) ilə nasazlığın aradan qaldırılması üçün görüləcək tədbirlər haqqında xəbərdarlıq edir.

10. DİGƏR ŞƏRTLƏR
10.1 Bu Müqaviləyə edilmiş bütün əlavə və dəyişikliklər hər iki tərəfin imzası və möhürü ilə təstiqlənir və yazılı şəkildə Müqaviləyə əlavə edilir.
10.2 Bu Müqavilə azərbaycan dilində, 2 nüsxədə hazırlanır və eyni hüquqi qüvvəyə malikdir.
10.3 Tərəflərin aşağıdakı elektron ünvan və fask vasitəsi ilə bir-birinə göndərdikləri bütün sənədlər, hesab fakturalar, xidmət aktları, məlumatlar və yazışmalar hüquqi qüvvəyə malik və etibarlı hesab olunacaqdır.

 
 

Tərəflərin rekvizitləri


Provayder Abonent
"OUR Technology" MMC
IBAN: AZ82ACAB00210100000000399978
VÖEN: 1401165901
Poçt: Azərbaycan Respublikası, Bakı şəhəri, Caspian Business Center..
Bank: AccessBank
Filial: 20 Yanvar
Kodu: 507309
M/H: AZ10NABZ01350100000000056944
VÖEN: 1400057421
S.W.I.F.T: ACABAZ22
"/Adı, Atasının adı, Soyadı/"

Şəxsiyyət vəsiqəsi: /AZE №............../

Poçt: /................................................................/

Telefon: / +994 ................/

Tərəflərin imzası

"OUR Technology"
İcraçı Direktor

/_________________ / Quliyev O.İ/



/_________________ /Adı, Atasının adı, Soyadı/
 
 
/__/________/____/ il №__-li Müqaviləyə 1 saylı Əlavə

PROVAYDERİN XİDMƏTLƏRİNDƏN İSTİFADƏ ŞƏRTLƏRİ


Provayder Azərbaycan Respublikasının aşağıdakı qaydaları və qanunvericiliyinin Abunəçi tərəfindən pozulmamasını (şüurlu və ya şürsuz) təmin etmək üçün bütün lazımi tədbirləri görür. İnternet telekomunikasiya xidməti göstərən operator və ya host provayderdən olan və Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən lisenziyalanan eləcə də qanuni hüquqlarının pozulduğu üçüncü tərəfdən alınmış məktubun orijinal mətnində təsdiq edilmiş şikayəti qayda pozuntusunun yoxlanılması üçün əsas hesab olunur.

Pozuntu faktları aşkar edildikdə Provayder Abunəçiyə xidmətlərin göstərilməsini dayandırmaq hüququnu özündə saxlayır. Hərtərəfli yoxlamadan və Abunəçi ilə birgə qayda pozuntusunu aradan qaldırmaq mümkün olmadıqda Provayder xidməti göstərməkdən imtina edə bilər.


QAYDALAR

  1. E-poçt vasitəsilə spam məktubların göndərilməsi nəinki Provayderə məxsus avadanlıqlar üzərindən aparılmasına qadağan edir, həmçinin İnternetdə digər ümumi qəbul edilmiş şərt və qaydalar ilə məhdudlaşdırılır.
  2. Provayderin avadanlığı vasitəsilə deyil, onun saytına istinad edən passiv spamın göndərilməsi qadağandır.
  3. Provayderin xidmətlərindən istifadə edərək üçüncü şəxslərin hüquqlarını pozmaq qadağandır. Bura həmçinin daxildir (lakin bunlarla məhdudlaşmır)::
    • öz razılığı olmadan üçüncü şəxslər haqqında şəxsi məlumat göndərmək;
    • əqli mülkiyyət hüquqlarının pozulması
  4. Üçüncü şəxslərə zərər vuran və zərər verə biləcək hər hansı bir məlumatı (viruslarla yoluxmuş və ya zərərli komponentləri olan) göndərmək qadağandır.
  5. Provayderin xidmətlərini istifadə etməklə Azərbaycan Respublikasının qanunvericiliyini pozmaq qadağandır. Bura daxildir (lakin bununla məhdud deyil):
    • narkotik vasitələrin yayılmasına yardım edən məlumatın yerləşdirilməsi;
    • kompyuter sistemlərinə icazəsiz daxil olmaq üçün cəhdlər;
    • müəllif hüquqlarının/əqli mülkiyyət hüquqlarının pozulması (piratlıq);
    • Azərbaycan Respublikası mövcud qanunvericiliyi ilə paylanması və ya məhdudlaşdırılan materialların yerləşdirilməsi və ya yayılması;
    • irqi, milli və ya dini nifrətə səbəb olan şiddəti və ya ekstremizmi təbliğ edən məlumatların yerləşdirilməsi və ya yayılması;
    • şəxsi məlumat subyektlərinin razılığı olmadan və onların emalı üçün digər əsaslar olmadıqda üçüncü şəxslərin şəxsi məlumatlarının emalı;
    • torrent izləyicilərin yerləşdirilməsi;
    • «OUR Technology» şirkətinin əvvəlcədən razılığı olmadan arxa planda çalışan üçüncü şəxslərin saytlarında və proqramlarında istifadə olunan ərizələrin yerləşdirilməsi;
    • qiymətli kağızlar əldə etmək üçün onlayn kazinoların yerləşdirilməsi;
    • üçüncü tərəfin qaynaqlarına məcburi yönəldilmiş saytların yerləşdirilməsi;
    • pornoqrafik materialların yerləşdirilməsi;
    • kripto-valyutaların əldə edilməsi/qazanılması üçün istifadə olunan əlavələrin yerləşdirilməsi;
    • Provayderin xidmətlərini qanunsuz məqsədlər üçün istifadə etmək, o cümlədən mövcud qanunvericiliyin pozulmasına görə fəaliyyət göstərmək.
  6. Provayderin xidmətlərini istifadə edərək, üçüncü tərəfə aid İnternet eləmentlərini skan etmək qadağandır.
  7. Provayderin avadanlıqlarını istifadə edərkən mövcud olmayan və yaxud saxta e-poçt ünvanı qeyd etmək qadağandır.
  8. Provayderin avadanlığının və ya digər üçüncü tərəfin normal fəaliyyətinin pozulmasına yönəlmiş hər hansı tədbirləri həyata keçirmək qadağandır.
  9. Provayderin şəxsi resurslarına, həmçinin şəbəkənin istənilən resursuna internet girişi əldə etmək cəhdləri qadağandır.
  10. Veb və ya VPS/VDS host üçün ayrılmış server qaynaqlarının müəyyən edilmiş məhdudiyyətini aşmaq qadağandır. Əgər Abunəçi Provayderin xidmətlərinin digər müştərilər üçün göstərilən xidmətin keyfiyyətində nəzərəçarpacaq dərəcədə pozulmasına gətirib çıxaran sistem qaynaqlarının istifadəsinə dair müəyyən edilmiş məhdudiyyətləri aşarsa, Provayder Abunəçinin xidmətlərini dayandırmaq hüququna malikdir.
  11. 10.1 İstifadəçi tərəfindən server prosessorlarında yaradılan statistik yükün (CP) 1 sutkadan artıq olması qadağandır:
    • 100-350 CP arası XS, S, M, L, XL virtual host tariflərində;
    • 100 CP Silver veb host tarifində;
    • 100 CP Gold veb host tarifində;
    • 100 CP Platinum veb host tarifində;
    10.2 İstifadəçinin server prosessorlarına göndərdiyi sorğu nəticəsində MySQL (CP) serverin statistik yüklənməsi sutka ərzində qadağan edir:
    • 2500 – Silver, Gold, Platinum veb host tariflərində
    • 5000 – XS, S, M, L və XL virtual host tariflərində

    10.3 Provayder serverinin prosessor proseslərini 5 saniyə ərzində 60%-dən çox, 25 saniyədə 10% -dən çox, habelə virtual host üzrə prosessor vaxtının 60 saniyəsindən çox, VPS/VDS-də isə 300 saniyədən artıq müddətdə istifadə edilməsi qadağandır. Bu həddi aşarsa, provayder prosessoru dayandırmaq hüququna malikdir.

    10.4 Provayder avadanlıqlarına aşağıdakı məhdudiyyətlər qoyulur:
    • bir domen üçün tələb olunan proseslərin maksimum sayı 30;
    • proses sayına uyğun maksimum eyni zamanda açıq fayl sayı 32;
    • Veb-hostda RAM-ın maksimum istifadəsi 1028 MB-a bərabərdir;
    • MySQL verilənlər bazası serverinə maksimum qoşulma sayı 60-dır;
    • poçt mesajının maksimum ölçüsü 50 MB;
    • POST tələbi ilə ötürülən faylın maksimum ölçüsü, 256MB;
    • SMTP vasitəsilə ən çox e-poçt sayının dəqiqə 30 göndərmə, saatda 1500, mesaj ölçüsü isə 100 MB-dən çox olmamalıdır;
    • php mail () funksiyası vasitəsilə mesajların maksimum sayı dəqiqədə 30, mesaj ölçüsü isə 70 MB-dən çox olmamalıdır;
    • Provayder xidmətlərinin Sifarişçi tərəfindən ödənilməməsi halında göndərilən mesajların maksimum sayı saatda 30 mesajla məhdudlaşdırılır.
    • xüsusi (fiziki) serverin lizinq istifadəçisinin poçt qutuları sayı limitsizdir;
    • Sifarişçinin hesabına göndərilən poçt qutularının maksimum ölçüsü istifadəçi tarif planına əsasən ayrılmış disk məbləğinin iki qatından çox olmamalıdır;
    • xüsusi (fiziki) serveri icarəyə verən istifadəçisinin poçt qutularının maksimum ölçüsü limitsizdir;
    Bu məhdudiyyətlər Provayder müştəriyə təqdim etdiyi xüsusi avadanlıqdan asılı olaraq fərqlənə bilər, ancaq aşağıda göstərilməyə bilər.
  12. Provayder Abunəçi tərəfindən davranışın pozulması, İcra edən tərəfi təmsil edən nümayəndələrin təhqiri və ya qeyri-normativ leksikondan istifadə edilməsi halında Abunəçiyə xidmətlərin göstərilməsindən imtina etmək hüququnu özündə saxlayır.
  13. Abunəçi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sertifikatlaşdırma və lisenziya tələb edən işləri həyata keçirmək üçün lisenziya, sertifikat və ya digər sənədlərə malik olmalıdır. Lazımi sertifikat və ya lisenziyalara malik olmayan Abunəçinin xidmətlərdən istifadəsinə görə Provayder məsuliyyət daşımır.

Tərəflərin imzası

"OUR Technology" MMC
İcraçı Direktor

/_________________ / Quliyev O.İ/



/_________________ /Adı, Atasının adı, Soyadı/